SON DƏQİQƏ:

Ermənilərin hərbçimizin nəşini yandırması ilə bağlı cinayət işi açıldı

  45715   |  
Şriftin ölçüsü  

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Ermənistan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və bir mülki şəxs tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçusunun meyitinin yandırılmasını əks etdirən videogörüntü yayılıb.

Adalet.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun məlumatında deyilir. Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu və Hərbi Prokurorluq tərəfindən aparılmış təhlil zamanı həmin videogörüntünün reallığı əks etdirməsi müəyyən edildiyindən, qeyd edilən fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə təqsirli şəxslərin müəyyən edilərək mövcud hüquqi mexanizm və beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilməsindən ötrü mümkün olan bütün tədbirlərin görülməsi təmin edilməklə ictimaiyyətə geniş məlumatın verilməsi təmin ediləcəkdir.

Bununla yanaşı, bu kimi videogörüntülərlə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən cinayət işlərinin başlanılmaqla müvafiq araşdırmaların aparılıb ictimaiyyətə ətraflı məlumatın verilməsinə baxmayaraq, təəsüf ki, Ermənistan tərəfi Azərbaycan hərbi qulluqçularına və mülki şəxslərinə qarşı cinayətlərin törədilməsi faktlarına dair araşdırma aparmır, cinayət törətmiş şəxslərin cəzalandırlmasından ötrü heç bir tədbir görmür.

Azərbaycan Respublikasının Baş Prokurorluğu Ermənistan hüquq mühafizə orqanlarını analoji addımlar atmaqla beynəlxalq hüququn nörma və prinsiplərinə uyğun olaraq Azərbaycan vətəndaşlarına qarşı törədilmiş hərbi cinayətlərlə bağlı ciddi hüquqi təsir tədbirləri görməyə, açıq və ədalətli araşdırma aparmağa və dünya ictimaiyyətini məlumatlandırmağa çağırır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 26 23 21 19 16 14 12 09 07 05

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK