SON DƏQİQƏ:

2783 dəfə təşəkkür edin şəhidlərə! - Eminquey yazır

  67610   |  
Şriftin ölçüsü  

Şuşanı almaq Qarabağı almaq idisə, elə Şuşanın alındığı gün də "Zəfər bayramı" kimi qeyd olunmalı idi.

Əsas məsələ "Zəfər bayramı"mızın olmağıdır.

Artıq bizim də "Zəfər bayramı"mız var.

Və buna görə 2783 şəhid vermişik! 1000-dən çox qazimiz var.

Və ən gözəli bilirsinizmi nədir?

"Zəfər bayramı"ndan sonra "Bayraq günü"nü qeyd etmək.

Noyabrın 8-i zəfəri qeyd edirsən, 9-u isə dərindən nəfəs alıb, başıdik bayrağına baxırsan!

2783 nəfər...

Bu igidlərin bir çoxusu Qarabağı tam görmədən getdilər. Biri Şuşanı görməyə çatmadı. Biri Kəlbəcəri. Biri Laçını. Və s...

Savaşdılar, şəhid oldular, qanları döyüş yoldaşlarına güc verdi.

Savaşdılar, şəhid oldular, Vətəndən bir parça kimi qopub getdilər, Vətənin bir parçasını bizə qaytardılar.

Təsəvvür edirsiniz?

Sevdiyiniz adama qovuşan anda sağ əlinizi kəsirlər, sonra o sol əlinizi uzadırsınız, onu da kəsirlər, bir addım atırsınız, sağ ayağınızı kəsirlər, yıxılırsınız, sürünə-sürünə gedirsiniz, bu dəfə son gülləni vurub öldürürlər. Aman vermirlər qovuşmağa.

O igidlər də bax beləcə şəhid oldular.

Şuşaya, Laçına, Kəlbəcərə, Xocalıya, Xankəndinə, Ağdama, Qubadlıya, Zəngilana, Füzuliyə, Cəbrayıla, Xocavəndə gedəndə hamsının yerinə bol-bol nəfəs alın.

Xudayardan tutmuş, Polad Həşimova kimi.

2783 dəfə udun Qarabağın qoxusunu.

2783 dəfə öpün Qarabağın torpağını, ağacını, divarını.

2783 dəfə şükür edin Allaha!

2783 dəfə təşəkkür edin şəhidlərə!

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK