SON DƏQİQƏ:

Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb

  14241   |  
Şriftin ölçüsü  

Dünya Bankı (DB) Azərbaycanda “Kənd təsərrüfatında rəqabətqabiliyyətliliyin artırılması” layihəsinin reallaşdırılması müddətini 2021-ci il dekabrın sonunadək uzadıb.

Trend bu barədə Dünya Bankına istinadən məlumat verir.

2013-cü ilin sentyabrında DB Direktorlar Şurası tərəfindən təsdiq olunmuş layihənin icra olunmasının müddəti 2020-ci il iyunun sonunadək idi.

Bankın məlumatında qeyd olunur ki, COVID-19 pandemiyası ilə əlaqədar layihənin reallaşdırılmasının templəri azalsa da, işlər davam etməkdədir və kənd təsərrüfatı sahəsində sahibkarlar işlərin 40 faizdən çox artdığını bildirir. Bu, layihənin səmərəliliyinin göstəricisidir. Həmçinin, qeyd olunur ki, layihə çərçivəsində kənd təsərrüfatı sahəsində 105 investisiya layihəsinə kredit xətti açılıb.

Layihə çərçivəsində kredit alan 73 sahibkarlıq subyektində istehsal ortalama 42,9 faiz, 4 başa çatmış layihə üzrə isə 74 faiz artıb

Layihənin ümumi dəyəri 53,25 milyon dollar təşkil edir ki, bunun 34,5 milyon dolları Dünya Bankı tərəfindən ayrılıb. Bu günədək kreditin 87 faizi reallaşdırılıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-24
2021-01-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK