SON DƏQİQƏ:

İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıb

  14977   |  
Şriftin ölçüsü  

İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı evi tərk etməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a verilən məlumata görə, rayon sakini Mayıl Qüddəsərovun COVİD-19 testinin nəticəsi pozitiv olması səbəbilə ona ev şəraitində müalicə təyin edilib, karantin qaydalarını pozarsa məsuliyyətə cəlb ediləcəyi barədə məlumatlandırılıb. M.Qüddəsərov infeksiya daşıyıcısı olduğunu bilməsinə baxmayaraq, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və şəhər ərazisində hərəkət etməklə digərlərinin də sağlamlığı üçün real təhlükə yaradıb. Polis əməkdaşları tərəfindən M.Qüddəsərovun yeri müəyyən edilərək əraziyə dərhal həkim briqadası dəvət olunub və o, evinə geri qaytarılıb.

İsmayıllı Rayon Polis Şöbəsində M.Qüddəsərov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK