SON DƏQİQƏ:

Lukaşenko müharibəyə son qoyulmasında Rusiyanın rolundan danışdı

  10942   |  
Şriftin ölçüsü  

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyanın Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişənin həllində rolunu müsbət qiymətləndirib və bölgədə "qırğının" Moskvanın fəaliyyəti nəticəsində dayandığını söyləyib.

Azvision.az xəbər verir ki, bunu Lukaşenko Minskdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüşdə deyib.

“Qafqazda baş verənlər münasibətilə sizi təbrik etmək istərdim. Tənqidlər olacaq, ancaq insanların ölməsinə səbəb olan döyüşlərin dayandırılması böyük ölçüdə Rusiyanın sayəsində mümkün oldu. Və prinsipcə yolun başlanğıcında olsaq da, Qafqazda münasibətləri normallaşdırmaq üçün uzun yola çıxdıq. Bu, çox müsbət və yaxşı bir işarədir. Biz məhz bu mövqeyə sadiqik", - deyə Lukaşenko əlavə edib.

Lukaşenko başlanğıcdan Qafqaz bölgəsinin problemləri ilə dərindən maraqlandığını, bu mövzunu Rusiya, Ermənistan və Azərbaycan rəhbərliyi ilə müzakirə etdiyinə diqqət çəkib.

“Bu böhranın, sonunca dəfə Sankt-Peterburqda müzakirə olunduğu kimi həllini tapmasından çox məmnunam. Buna görə də sizi ürəkdən təbrik edirəm".

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-16

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK