SON DƏQİQƏ:

Taleh Qasımov: “Xankəndidə “KARMEN” markalı un satmırıq”

  13330   |  
Şriftin ölçüsü  

Son günlərdə sosial şəbəkələrdə “KARMEN” ticarət nişanı altındakı unumuzun Xankəndi şəhərindəki pərakəndə satış şəbəkələrində satıldığı barədə məlumatlar müzakirə edilir”.

Bu barədə “Karat Holding” MMC-nin rəhbəri Taleh Qasımov Oxu.Az-a müraciət edib.

“Redaksiyanızdan Azərbaycanda istehsal olunan “KARMEN” ununun heç bir şəkildə Xankəndiyə tədarük olunmadığı və oranın ticarət piştaxtalarında heç bir şəkildə satılmadığı barədə bütün vətəndaşlarımızı məlumatlandırmasını xahiş edirik”, - deyə o qeyd edib.

“Həmçinin bildiririk ki, Gürcüstan Respublikasında da “KARMEN” ticarət markası altında un istehsal edirik. Əldə etdiyimiz məlumata görə, Ermənistan öz ununun olmaması səbəbindən Gürcüstanın (Axalkalaki) sərhəd zonasındakı mağazalardan və topdansatış məntəqələrindən un (əlinə düşən hər hansı bir ticarət markasını) almaq məcburiyyətində qalır və sonra müxtəlif yollarla həm öz ərazisinə, həm də Xankəndiyə çıxarır”, - “Karat Holding” MMC-nin rəhbəri deyib.

Taleh Qasımov Azərbaycan vətəndaşlarını “Karat Holding” MMC ilə bağlı əsassız şayiələrə inanmamağa çağırıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-15

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK