SON DƏQİQƏ:

Vergi Məcəlləsində dəyişiklik edilib

  15292   |  
Şriftin ölçüsü  

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Adalet.az xəbər verir ki, Qanuna əsasən, Vergi Məcəlləsinin əmlakın siyahıyaalınması ilə bağlı 89-cu maddəsinin 13-cü bəndinə dəyişiklik edilib. Dəyişikliyə görə, aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması aşağıdakı qaydada həyata keçirilir:

89.13.1. Aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların siyahıya alınması vergiödəyicisinin həmin mallar barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergiödəyicisi siyahıya alınmış aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, ancaq nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış mallara sahiblik, onlardan istifadə etmək və sərəncam vermək hüququna malik deyildir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-01-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanlılarla ermənilər birlikdə yaşaya bilərmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı görür ki, bir nəfər əyilib arxdan su içmək istəyir. Qışqırır ki:

- Ayə, nağayrersan, ordan su içmə, kanalizasiyadı.

Adam başını qaldırıb:

- Hinç axper?

Vəli:

- Boyy, bu erməniymişki əəə.. Heç deyirəm ki, ikiəlli iç.

ARXİV

TƏQVİM

FACEBOOK