adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Noyabr 2020 12:48
21070
MƏMLƏKƏT
A- A+

Cəbhəyə getdiyi gün qızı doğulan şəhidimiz - VİDEO

O, cəbhəyə yollanan gün körpə Fidanı doğulub.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Şuşa uğrunda gedən döyüşlərdə şəhid olan tabor komandiri Surxay Noçuyevdən gedir.

Şəhid zabitimizin atası Əbdül Noçuyev deyir ki, oğlu Füzuli, Hadrut, Cəbrayıl, Qubadlı ilə yanaşı, Zəngilanın, doğma Məmmədbəyli kəndinin də azadlığını yaşadı, bircə Şuşadan nigaran getdi.

Ailəli olan Surxaydan geriyə iki körpə balası qalıb. Üzünü belə görmədiyi iki aylıq Fidan və atasının şəhidliyindən hələ də xəbərsiz olan beş yaşlı Uğur...