SON DƏQİQƏ:

Xızıda evdən oğurluq edən şəxs saxlanılıb

  61923   |  
Şriftin ölçüsü  

Xızı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Giləzi qəsəbə sakini N.Rzayev ona məxsus fərdi yaşayış evindən 7000 manat pulunun oğurlanması barədə məlumat verib.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Adalet.az-a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Sitalçay kənd sakini Xəyal Rəsulov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, oğurladığı pulların bir qismini xərclədiyini bildirib. Oğurluq yolu ilə əldə edilmiş pulların qalan hissəsi isə maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı Xəyal Rəsulov barəsində Xızı RPŞ-də cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-05
2020-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 03, 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Dəhlizdə Vəli Xramçaylı ilə qarşılaşan Hidayət Elvüsal:

- Qağa niyə belə pəjmürdəsən?

Vəli:

- Hidayıət məllim, axşam "Napalyon" konyakını "Kutuzov" konyakı ilə zakuska elədim, səhər duranda başa düşdüm ki, 1812-ci il müharibəsi nətər ağrılı gedif.

ARXİV

TƏQVİM

FACEBOOK