SON DƏQİQƏ:

GÖYƏRƏN  ÜMİDLƏRİMİZ

  42031   |  
Şriftin ölçüsü  

Biz böyük qələbəni yaşamağa hazırlaşırıq

 

Bu gün Azərbaycan azad olunan torpaqlarının  sevincini yaşayır. Hər evdə, hər ailədə azad olunan kəndlərimizin, şəhərlərimizin adı alqışlarla qarşılanır... sevinc göz yaşları ilə süslənir... İgid oğullarımızın şəninə dilimizə ən xoş kəlmələr, ən gözəl dualar gətirilir... Hər kəsin içindəki fəxarət hissi onu döyüşə, səngərə səsləyir... İlk dəfədir ki, Azərbaycan cəmiyyəti, Azərbaycan insanı belə bir coşqu yaşayır. Bununla bağlı düşüncələrimi bilgisayara diqtə edərkən oktyabrın 4-də xalqımıza ikinci dəfə müraciət edən Ali Baş Komandanımız, prezidentimiz cənab İlham Əliyevin söylədikləri yadıma düşdü. Ali Baş Komandan vurğuladı ki, "Əziz həmvətənlər! Bu gün Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun 9 kəndi  işğaldan azad edildi. Bu tarixi hadisə münasibəti ilə Azərbaycan xalqını ürəkdən təbrik edirəm!... Uzun illərdən sonra Cəbrayıl şəhəri azad edildi, Cəbrayıl bizimdir!".

Mən Prezidentimizin müraciətinin efirdə səsləndirdiyi anı heç vaxt unutmayacam. Yaşadığım Masazır ərazisində məskunlaşmış Cəbrayıl qaçqınlarının necə qışqıraraq "ura!" sədaları altında küçəyə axışdıqlarını indi də gözümün önünə gətirəndə özümü ələ ala bilmirəm. Həqiqətən bu çox möhtəşəm an idi. Düşünürəm ki, biz bu anın pik nöqtəsini Şuşaya bayraq sancılanda yaşayacağıq. Ona görə belə düşünürəm ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan mənə bu inamı bağışladı. Çünki  o vurğuladı ki,  “bu gün cəbrayıllılar sevinc içərisindədilər, necə ki, bütün Azərbaycan xalqı! Dünən bizim qədim yaşayış yerimiz - Suqovuşan qəsəbəmiz işğaldan azad edildi. Bütün Azərbaycan xalqı bu tarixi hadisəni qeyd edirdi, bir-birini təbrik edirdi, göz yaşlarını saxlaya bilmirdi. Bu, sevinc göz yaşlarıdı! 1990-cı illərin əvvəllərində də Azərbaycan göz yaşlarını töküb. Ancaq o, məğlubiyyət göz yaşları idi, o, faciə göz yaşları idi. Bu gün Azərbaycan xalqı sevinc içindədir".

Bəli, həqiqətən bu gün xalqımız uşaqdan-böyüyə düşünmək, dərk etmək, görmək, duymaq hissi olan hər kəs sevinir... bu gün dostlarımız sevinir... bu gün bir millət olan Böyük Türk sevinir... Güneydəki qardaşlarımız sevinir... Gürcüstanda, Rusiyada, dünyanın hər yerində yaşayan soydaşlarımız və haqqımızı tanıyanlar sevinir... Bu sevincimizin əhatəsi Yer kürəsidir... Mən inanıram ki, bizdən də çox şəhidlərimizin ruhu sevinir... Çünki onların qisası alınır... Onların arzuları gerçəkləşir. Və o həm də hər birimizin ürəyində açılan yeni böyük ümidin  özüdür. Ali Baş Komandanımız İlham Əliyevin dediyi kimi, "Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü qələbə xüsusi yerdədi. Çünki biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik. Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!".

Ölkə Prezidentinin dediyi bu fikirlər az-çox insanlığı, milli-mənəvi mənsubiyyəti dərketmə imkanı olan hər kəs üçün bir gerçəklik dərsidi, həqiqətin özüdür. Və bu həm də birliyimizin, Ordumuzun gücünün göstəricisidir. Sentyabrın 27-si səhər saatlarından başlanan əks hücum əməliyyatları xalqın birliyinin, Ordunun gücünün, xalq, ordu və hakimiyyətin vəhdətinin təntənəsi oldu. Düşmən gördü ki, indi onun qarşısında hərbi qüdrəti, yüksək döyüş qabiliyyəti, müasir tələblər səviyyəsində idarəetmə qabiliyyəti olan Azərbaycan ordusu dayanır. Bu ordu xalqın gücüdür. Çünki xalqın gücü öz ordusunda, öz Ali Baş Komandanında ifadə olunubdu. Ona görə də ordumuzun açdığı hər bir atəş nişangaha dəyir, düşmənin külünü göyə sovurur. Ali Baş Komandanımızın dediyi kimi, "İşğaldan azad olmuş kəndlərin sakinləri, sizə müraciət edirəm, sizin həsrətinə son qoyulur və bizim digər bütün qaçqın, köçkün soydaşlarımız bilsinlər ki, biz onları da öz dədə-baba torpaqlarına qaytaracağıq. Güc yolu ilə!".

Artıq Ali Baş Komandanın vurğuladığı kimi, düşmən öz məkrinin qurbanına çevrilib. O, sülh danışıqlarını, problemin çözüm variantlarını oyuncağa, vaxt qazanmağa hesabladığı üçün sonda ordumuzla üz-üzə qaldı. Bu ordu isə xalqın arzusunu çin edir, haqqını özünə qaytarır. Ona görə də Azərbaycan prezidenti İlham Əliyev cənablarının, Türkiyənin, Rusiyanın, Ərəb Əmirliyinin və digər ölkələrin telekanallarına verdiyi  müsahibədə birmənalı şəkildə vurğulanlır ki, Dağlıq Qarabağ probleminin, işğal olunmuş torpaqlarımızın çözümünün bir yolu var: o da düşmən işğalçı ordusunun Azərbaycan torpaqlarından çıxarılmasıdır.

Fikirlərimi Ali Baş Komandanın fikirləri ilə tamamlayıram. "Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi "Dağlıq Qarabağ Respublikasını" tanımır. Mənim söylədiyim sözlər demək olar ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin mətnidir. Onlar bizim ərazilərimizi tərk etməlidir və yalnız ondan sonra müharibə dayanacaq, münaqişəyə son qoyulacaq!"

İstər Suqovuşana sancılan, istər Cəbrayılda dalğalanan  bayrağımız göstərir ki, bu bayraq  bizi üzü Şuşaya doğru aparır.

Və deməli, xalqla ordumuzun birliyi şanlı Qələbənin təməl daşıdı. Azərbaycan Prezidenti, Ali Baş Komandanın da dediyi kimi, "Biz müharibənin başlanmasına görə məsul deyilik. Dediyim kimi, biz Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan ordusunun fiziki hücumuna məruz qalmışıq. Bundan əlavə, Ermənistandakı indiki rejim danışıqlar prosesini məhv etmək üçün hər bir şeyi etmişdi. Ermənistanın baş naziri "Qarabağ Ermənistandır" bəyanatını vermişdi. Bu bəyanatda biz də işğal olunan ərazilərin qaytarılmasını tələb edir".

Bəli, biz məhz o anı gözləyirik. Və o anın da sevincini artıq yaşamağa başlamışıq. Allah Ordumuzu, onun Ali Baş Komandanını və Xalqımızı qorusun! Allah Türkü qorusun!

 

Əbülfət MƏDƏTOĞLU

Əməkdar jurnalist

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK