SON DƏQİQƏ:

İlahiyyat İnstitutunun rektoru Beynəlxalq Forumda iştirak edib - FOTO

  11739   |  
Şriftin ölçüsü  

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Rusiya Federasiyası Tatarıstan Respublikasının Bolqar İslam Akademiyasında təşkil olunan “Rusiya müsəlmanlarının teoloji mirası” II Beynəlxalq Forumda onlayn iştirak edib.

Aİİ-dən Adalet.az-a verilən məlumata görə, açılış mərasimində çıxış edən rektor Ermənistanın ölkəmizə qarşı 27 sentyabrdan başlayan təxribatına cavab olaraq keçirilən əks-hücum əməliyyatından danışıb. Aİİ rəhbəri bildirib ki, Ermənistan növbəti dəfə atəşkəs rejimini pozub və bunun nəticəsində, Azərbaycan məcbur qalaraq bütün cəbhəboyu əks-hücuma keçərək, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın bir hissəsini azad edib.

A.Şirinov vurğulayıb ki, biz öz torpağımızda işğalçı ilə mübarizə aparırıq və bu mübarizdə başda Rusiya müsəlmanları olmaqla, bütün İslam dünyasının, eləcə də tərəqqipərvər bəşəriyyətin mənəvi dəstəyini gözləyirik.

Rektor daha sonra “Müasir dövrdə İslam dünyasında dini radikallığın yaranma səbəbləri və onun fəsadları” mövzusunda məruzə ilə çıxış edib, Orta əsrlərdə İslam dininin və müsəlmanların dünyada tutduğu mövqe barədə məlumat verib. A.Şirinov məruzəsində İslam dünyasında XIV əsrdən sonra baş verən geriləmədən, radikal qrupların yaranma səbəblərindən də bəhs edib. Aİİ rəhbəri bildirib ki, İslam aləmində mövcud olan radikal qruplar bir sıra metodik səhvlərə yol verirlər. Belə ki, radikal qrupların dini mətnləri kontekstindən çıxararaq təqdim etmələri, onu müəyyən bir dövrə həbs etmələri İslamın ümumbəşəri bir din kimi gözdən düşməsinə və məhəlliləşməsinə xidmət edir: “Onların “din” pərdəsi altında yürütdükləri fəaliyyət İslam əleyhdarlarının əlində bayrağa çevrilib. Bu gün bununla əlaqəli yüzlərlə çirkinniyyətli kitab və məqalə nəşr edilir, debatlar təşkil olunur, yürüşlər keçirilir. Bax, budur radikallığın İslama “xidməti”.

Məlumat üçün bildirək ki, “Rusiya müsəlmanlarının teoloji mirası” II Beynəlxalq Forumu 30 oktyabradək davam edəcək.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK