SON DƏQİQƏ:

Elçin Öyrənçi: ŞƏHİD BALALARINA...

  10845   |  
Şriftin ölçüsü  

Baxıb şəhidə deyirsiz heyif, uşağı atasız qaldı...
Sanki bütöv bir şəhər qalasız qaldı...
Hə... nə olur olsun atanın yerini vermək olmur...
Fəqət şəhidlər övladının qəlbində elə iz qoyur ki,
Bir ömür balasının qulluğunda olan atanı heç elə sevmək olmur.
Elə bilirsiz dədələrini heç evdə görməyən şəhid balaları
onlardan uzaq yaşayır?
Yoox... onlar ömür boyu atalarının toxunuşlarıyla,
təbəssümləriylə, nurani baxışlarıyla,
xeyir duasıyla alnı açıq, üzü ağ yaşayır.
Sanırsız ki, şəhid övladı həyatda dayaqsız olur?
Pərişan vaxtında çarəsiz, atadan soraqsız olur?
Yoox... mələklərə əmanət qoyub gedir onlar balasını
Allah Taala hamıdan çox nurlandırır şəhidlərin yuvasını.
Bəlkə elə bilirsiz şəhid balası torpağa acıqlı olur
ən əzizinə doymadan onu öz içinə aldığı üçün...
Yoox... o, torpağa hamıdan çox bağlı olur
ondan hey atasının ətrini aldığı üçün...
Onunçun vətən torpağı hər yerdən işıqlı olur
Atası məhz o torpaqla, o torpaqda
ən ali məqama ucaldığı üçün...
Yoxsa elə bilirsiz ata tərbiyəsi görmür şəhid balası?
Yoox... ən ülvi tərbiyəni elə onlar görür atam balası.
İlahi tərbiyə alır onlar Cənnətdən çəkilən bir sığalla
"Atamın adına layiq olmalıyam" deyib yaşarlar bu amalla.
Yaşa ey şəhid balası daim fəxarətlə
Yaşa atandan aldığın bu izzətlə.
Bilirəm dimdik olsan da sən sağalmaz yaralısan
Amma atasız deyilsən, hamıdan çox atalısan!
 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 24, 21, 19, 17, 14, 12, 11, 07 05, 03,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK