adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
26 Oktyabr 2020 15:10
13765
SİYASƏT
A- A+

“Qələbəni Şuşada, Xankəndində qeyd edəcəyik” - Mixail Zabelin

Azərbaycanda hər kəs Ali Baş Komandanın ətrafında sıx birləşib və Ermənistanın faşistləri, işğalçıları tərəfindən zəbt edilən tarixi torpaqlarımızın geri qaytarılmasını istəyir. Milliyyətindən və dinindən asılı olmayaraq, hər kəs Azəbaycanın müstəqilliyi, onun ərazilərinin işğaldan azad olunması uğrunda mübarizə aparır.

Bunu Azvision.az -a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının sədri Mixail Zabelin deyib. Onun sözlərinə görə, erməni faşistləri öz nifrətlərini Azərbaycanın mülki əhalisini, şəhərlərini bombalamaqla üzə çıxarır.

“Bu yaxınlarda Gəncə şəhərində oldum, orada gördüm ki, erməni faşistləri mülki əhaliyə qarşı hansı vəhşilikləri edib. Çoxlu ölən və yaralananlar oldu. Artilleriya atəşi insanları seçmir, uşaqlar da ölür. Bir neçə gün əvvəl 13 yaşlı Rusiya vətəndaşı Artur Mayakovu dəfn etdik. Onun heç bir günahı yox idi. Gəncəyə gəldi və raket hücumuna məruz qaldı. Uzun müddət həkimlər onun sağalması üçün çalışdı. Lakin onun həyatını xilas etmək mümkün olmadı. Bu vəhişilik haqqında nə demək olar?"

Deputatın sözlərinə görə, müharibədə uduzduğunu görən Ermənistan öz ərazisindən mülki şəhərləri hədəfə alır və istəyir ki, bizim əsgərlər raketlərin atıldığı nöqtələri vursunlar.

“Bununla KTMT-nin üzvü kimi Rusiya və digər ölkələrin diqqətini çəkmək, onların Ermənistanı müdafiə etməsinə çalışırlar. Tarixdə hər zaman belə olub. Ermənilər soyqırım törədir, sonra özünü müdafəsiz, əziyyətlər görmüş ölkə kimi göstərir. Bu, Ermənistan hökumətinin tarixi taktikasıdır”.

M.Zabelin qeyd edib ki, Azərbaycan xalqı tarixi torpaqları uğrunda haqlı mübarizə aparır: “Hər kəs Vətənin müdafiəsi uğrunda ayağa qalxıb. O gün uzaqda deyil, bizim ordumuzun Şuşaya, Xankəndi şəhərinə girəcəyi tarix uzaqda deyil və biz orada Azərbaycanın qələbəsini qeyd edəcəyik. Qarabağ Azərbaycandır”.