adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Oktyabr 2020 14:41
34833
MƏMLƏKƏT
A- A+

 Kəmalə Ağazadə: “ Azyaşlı Zərnişanın taleyi artıq  əmin əllərdədi” 

Azərbaycan ərazilərindən təcavüzkar Ermənistan Silahlı Qüvvələrinin çıxarılması- Azərbaycan Silahlı Qüvvələrinin işğala qarşı əks-hücum əməliyyatı bütün sürəti ilə davam edir. Müzəffər ordumuzun torpaqlarımızın azad edilməsi uğrunda ugurlu döyüş rəşadəti göstərdiyi nəinki Azərbaycan ictimaiyyətinə eləcə də,  beynəlxalq aləmə bəllidir! Buna baxmayaraq yenə də erməni düşmənçiliyini, daha doğru, bəşər övladına bəslədiyi nifrəti qusmaqda, insanlığa aid olmayan əməllər törətməkdə israrlıdır.

 Rəşadətli  Azərbaycan Ordusunun sarsıdıcı cavab zərbələri qarşısında sürətlə geri çəkilən düşmən beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə  pozaraq,  Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

Beləki, Ermənistan Silahlı Qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində  çoxu azyaşlı uşaq olmaqla onlarla dinc insan  həlak olmuş,  xəsarət alanların sayı isə yüzlərlədir . Bundan başqa, Ermənistanın ordusunun intensiv ağırartilleriya və raket atəşi nəticəsində nəinki evlər, məişət obyektləri, həmçinin şəhər və rayonlarımız hədəf alınaraq darmadağın edilməkdədir.

 

Ayağından əlil,  azyaşlı Zərnişana  yeni yuva quruldu

 

Qeyd edək ki, Agdam rayonun təmas xəttində yerləşən Çəmənli,   Əhmədağalı.  Mahrızlı,  Zəngişalı.  Qaradağlı.  Əfətli, Çıraqlı, Mirəşelli,  Orta Qərvənd, Ayaq Qərvənd, eləcədə, təmas xəttində olmayan Xındırıstan,  Quzanlı, İmamqulubəyli, və əhalisi sıx olan 4-5 köçkün qəsəbəsi də Ermənistan Silahlı Qüvvələri tərəfindən mütəmadi  olaraq ağır artilleriya və raket atəşinə məruz qalır. Bildiyiniz kmi, bu döyüş bölgəsində də əhalinin yaralanması və insan itkisi qeydiyyata alınıb.  Odurki, dinc əhaliyə müvəqqəti olaraq təmas xəttindən kənar ərazilərə yerləşdirlməsi məsləhət görülüb. Mütəmadi bombalanan qəsəbə və kəndlərdən əhali nisbətən mərmi atışına məruz qalmayan ərazilərə , orada müvəqqəti məskunlaşmaq üçün məktəb, iuşaq bağçası və inzibati binalara yerləşdiriliblər. Həmin məktəblərdən biridə Bərdə rayon ərazisində istifadəyə verilmiş  köçkün qəsəbəsindəki məktəbdir. (Hələlik məktəbin nömrəsini və yerini dəqiq yazmağa ehtiyac duymuram).  “Ədalət” qəzeti əməkdaşı olaraq, sığınacaqdakı insanların  vəziyyətləri ilə tanış olmaq üçün  “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi Milli Qeyri–Hökümət Təşkilatının  xətti ilə həmin məktəb də olduq. Müasir standartlara cavab verən  məktəbdə yüzə yaxın ailə məskunlaşmışdı. Sığınacaqdakılar göstərilən qayğıdan razı qaldıqlarını bildirdilər. Dövlət tərəfindən gündə 3 dəfə yeməklə, isti geyim və  yorğanlarla (odeyal) təmin olunduqlarını söylədilər.  Ümumən götürəndə,  qələbə xəbərlərinə, ard-arda azad olunan torpaqlarına görə çox sevincli görünürdülər. Həmin vaxt sığınacaqdakıların asayişini qoruyan  Bərdə Rayon Polis Şöbəsinin əməkdaşı İmran Ismalılzadə bizə yaxınlaşdı və sığınacaqdan yardıma –köməyə ehtiyacı olan bir uşaq haqda danışdı.  Uşağın azyaşlı olması ,  ayaq nahiyyəsində problem olması və  valideynlərinin elə də yaxından diqqət göstərə bilməməsini söyləyəndə uşağı mütləq görmək istədik.

Məlum oldu ki, uşağın valideynləri ayrıldıqdan sonra, o atasının himayəsində qalıb. Ata isə səhər tezdən işləməyə ( fəhləliyə) getdiyi üçün uşaq sığınacaqdakıların ümidinə qalır. Uşağın təbii tələbatları müxtəlif  rəhmli insanlar tərəfindən ödənir.  Düzü, belə kritik durumda olan olan uşağa necə kömək edəcəyimizi, kiminlə əlaqə yaradacağımızı , valideyni isə necə tapacağımızı düşünərək polis əməkdaşı olan İmranın telefon nömrəsini götürdük.

 

Sığınacaq ayrılan kimi dərhal  Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə ilə əlaqə qurdum. Əhvalatı ona danışdım. Hadisə Kəmalə xanımı da bərk narahat etdi. Polis İmranın  İsmayılzadənin telefon nömrəsini   də ona təqdim etdikdən sonra hörmətli xanım sədr dərhal sonra   bütün əlaqədar qurumlarla əlaqələr yaratdı.   Araşdırmalardan  aydın  oldu ki, heç adını  və cinsiyyətini  bilmədiyim o uşaq Rəhimova Zərnişan Qoşqar qızıdır. O,  2012 –ci ildə Ağdam rayon Baharlı qəsəbəsində  Qoşqar və Vüsalə Rəhimovların ailəsində dünyaya göz  açıb. Zərnişanın xəstəliyi damar çatışmamazlığı olduğu üçün bu üzdən yerimək qabliyyətindən məhkumdur. Savaş zamanı evləri mərmi zərbəsindən zədələndiyi üçün sığınacaqdadır.  Məlumata görə, valideynlər rəsmən boşanmasalarda , 6 ildir ayrı yaşayırlar. Uşaq atası ilə qalır. Yeri gəlmişkən, valideynlər Ağdam rayon Baharlı köçkün qəsəbəsində məskunlaşdıqlarına baxmayaraq, onların   şəxsiyyət vəsiqəsində doğulduqları yer Kəlbəcər rayonu Ağqaya  kəndi göstərilib.

 Uşaqla bağlı narahatçılığıma Kəmalə xanımın inamlı səsi son qoydu:” Bütün məlumatları artıq toplayıb göndərdim Ailə - Uşaq komitəsinə. Qısa bir zamanda  məsələ müsbət həll olunacaq”.

 Vətənin bu dar, eyni zamanda şərəfli günlərində xalqına xidmət etməkdən zövq alan,  boynuna düşən  vəzifəsini ləyaqətlə yerinə yetirən insanlara,  o cümlədən Bərdə Rayon Polis İdarəsinin əməkdaşı İmran İsmayılzadə və Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadəyə    qəzetimizin adından dərin təşəkkürümüzü bildiririk !

 

Əntiqə Rəşid

“Ədalət” qəzetinin Qarabağ bölgəsi üzrə xüsusi müxbiri