SON DƏQİQƏ:

Müasir döyüş texnikasında Azərbaycan standartları yaranır - Hərbi ekspert

  11762   |  
Şriftin ölçüsü  

Azərbaycan Silahlı Qüvvələri hələ 2000-ci illərin əvvəlindən başlayaraq müdafiə vasitələrinin artırılmasında əsas diqqətini yeni silah və texnikaların alınmasına yönəltdi. Bu silah və texnikaların arasında əsas yeri məhz yüksək dəqiqliyə malik yeni döyüş vasitələri tutur.

Bunu Trend-ə açıqlamasında hərbi ekspert Rəşad Süleymanov deyib.

Onun sözlərinə görə, bunlar Pilotsuz Uçuş Aparatları, idarə olunan raket kompleksləri, operativ taktik raket kompleksi və ballistik raketləridir: “Gödüyünüz kimi, məhz bu gün Azərbaycan sentyabrın 27-dən başlayan döyüş əməliyyatlarında daha çox PUA-lardan və yüksək dəqiqliyə malik silahlardan istfadə edir. Hazırda biz ikinci Qarbağ müharibəsini yüksək texnologiyalar müharibəsi kimi adlandıra bilərik. Belə ki, bu gün yüksək dəqiqliyə malik silahlarla döyüşlər aparılır və həmin silahlardan məhz Azərbaycan ordusu istifadə edir.

Qarabağda müasir hərbi texnikaya sahib olan Azərbaycan ordusu ilə köhnə sovet texnikasına sahib Ermənistan ordusu arasında döyüşlər gedir. Məhz Azərbaycanın əldə etidiyi yeni silah və texnalogiyalar sayəsində qısa bir müddətdə düşmənin hərbi texnikası, minlərlə canlı qüvvəsi məhv edilir. Belə demək mümkünsə, müasir döyüş texnikasında Azərbaycan standartları yaranır”.

Hərbi ekspert qeyd edib ki, zenit raket komplekləri adətən hava hucumundan müdafiə üçün nəzərdə tutulub, ancaq bu gün Qarabağda gedən döyüşlərdə hər şey əksinədir: “Bu, tarixi hadisədir. Azərbaycan ordusu PUA-larla perfomans göstərərək düşmənin məhz hava hücumundan müdafiə üçün, xüsusən də pilotsuz uçuş aparatlarının məhvi üçün nəzərdə tutulan zenit raket komplekslərini, S-300 kimi dünya brandini məhv edir. Onu da əlavə edim ki, Azərbaycanda PUA-lardan şəbəkələşmiş bir formada istidadə olunur. Çünki iş tək müasir texnologiyalara sahib olmaqdan ibarət deyil, bu texnikaları istifadə edəcək şəxslər də lazımdır. Ona görə də Azərbaycan bu beyinlərin hazırlanması ilə də məşğuldur”.

Rəşad Süleymanov əlavə edib ki, yeni texnologiyalar döyüş xərclərinin minimallaşmasına da şərait yaradır: “PUA-ların köməyi ilə hədəfə yalnız bir dəfə zərbə endirilir. Bir hədəfə 10 mərmi deyil, bir mərmi atılır. Biz bunu Müdafiə Nazirliyinin yaydığı görüntülərdən də görə bilərik. Eləcə də yüksək texnologiyalara malik döyüş texnikaları dedikdə tək PUA-ları deyil, müşahidə və idarə olunan raket sistemlərini göstərmək olar. Bu müharibə onu göstərdi ki, Azərbaycanın illərdir hərbi sahəyə ayırdığı vəsait boş yerə xərclənməyib. Ordumuz Ali Baş Komandanın da qeyd etdiyi kimi, “maksimum nəticə, minimum itki” prinsipinə əsaslanır”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK