SON DƏQİQƏ:

Hər dayanacaq, hər avtobus bir terror mənbəyi, koronavirus yuvasıdır - Eminquey yazır

  66986   |  
Şriftin ölçüsü  

Qarabağ uğrunda hamımız öz şəxsi problemlərimizi bir kənara qoymuşuq. Hamımız Qarabağdan yazırıq, ürəyimiz döyüşçülərimizin yanında döyünür. Onların ağrısını hiss edir, sevincini bölüşürük.

Arxa cəbhədə, yəni Bakıda problemlər hələ də öz döyüş bayrağını heç kəsə vermək niyyətində deyil. Ən böyük problem isə nəqliyyat problemidir.

Bir neçə gün öncə koronavirusa yoluxanların sayının artması səbəbilə metronun fəaliyyəti dayandırıldı. Biz yaxşı bilirik ki, bu həm də müharibə şəraitində baş verə biləcək bədbəxt hadisələrin də qarşısını almaq üçün atılmış addımdır. Dəstəkləyirik.

Amma…

BNA-nın bir qurum kimi iflicliyi vadar edir ki, arabir qayıdaq cəbhənin bu üzündəki problemlərdən yazmağa.

Metro bağlanan gündən şəhərin yerüstü nəqliyyat sistemi düyünə düşüb. Avtobuslar loru dildə desək, çatdıra bilmir. Sərnişinləri öz ünvanına. Nədən ki ləng işləyirlər. Bilirsiniz, komendant rejimi günümüzü ən azı 9 saat geri salıb. İşdən çıxıb evə getmək müşkülə dönüb.

Avtobus dayanacaqları izdihamlı, avtobuslar isə basabas.

Axşam saat 18:00-dan sonra avtobuslar elə olur ki, yarım saatdan bir gəlir. O da ki ağzına dolu adam.

Bəs, bu izdiham, bu basabas təhlükə deyilmi?

Bir-birinin ağzına girən adamlar virus yaymırmı?

DTX-nın dönə-dönə xəbərdarlıq etdiyi bir vaxtda ki, çox adam olan yerlərdə durmayın, bu izdihamlar, basabaslar təhlükə mənbəyi deyilmi?

Evə basabas, avtobus qıtlığı ucbatından 10-un yarısı çatan adamı komendant rejiminə əməl etmədiyinə görə saxlamaq caizdirmi?

Metronu bağlayandan sonra marşrut xətlərində avtobusların sayının artırılması labüd deyilmi?

İllərdir yazıram, 165 nömrəli avtobus Bakının ən uzun xəttə sahib olan ən bərbad marşrut xəttidir. Maşınları nasaz, sürücülər nataraz, işləri isə yaz, yaz soyumayacaq qədər bərbad. Nə baxan var, nə də düzəldən.

Hər dayanacaq, hər avtobus bir terror mənbəyi, koronavirus yuvasıdır.

BuNA da şükür demək istəyərdim, amma olmur…

Ümid edirəm ki, Mais Ağayev ondan açıqlama almaq istəyəndə “filan saytdan götürün” demək əvəzinə, bu problemin çözülməsinə çalışacaq.

Hər halda, bizdən deməkdir.

Təkrar da olsa…

 

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-12-05
2020-12-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
December: 03, 01,
November: 28, 26, 24, 21, 19, 17, 14, 12,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Dəhlizdə Vəli Xramçaylı ilə qarşılaşan Hidayət Elvüsal:

- Qağa niyə belə pəjmürdəsən?

Vəli:

- Hidayıət məllim, axşam "Napalyon" konyakını "Kutuzov" konyakı ilə zakuska elədim, səhər duranda başa düşdüm ki, 1812-ci il müharibəsi nətər ağrılı gedif.

ARXİV

TƏQVİM

FACEBOOK