SON DƏQİQƏ:

TRABZONDAN ZƏNG - ƏBÜLFƏT MƏDƏTOĞLU yazır

  114478   |  
Şriftin ölçüsü  

İstirahət günü olmasına baxmayaraq, bütün ölkə sakinləri kimi mən də Böyük Vətən Müharibəmizin yaratdığı ovqatın içərisində idim. Necə deyərlər, bir gözüm gülür,  biri ağlayırdı. Çünki həmin gün Füzuliyə bayraq sancılmışdı... həmin gün ailəmin ən doğmalarından birini, yəni Anar Mehman oğlu  Quliyevi – Şəhidlik zirvəsinə ucalmış zabitimi II Şəhidlər Xiyabanında torpağa tapşırmışdım...

Ona görə də sevinən və kədərlənən bir adamın durumunun içərisində  idim. Gələn zənglər təbrik və başsağlığı ilə cilalanmışdı. Dostlar, tanışlar, xüsusilə söz adamları azad olunan torpaqlarımızla bağlı gözaydınlığı verirdilər. Şəhidimdən xəbər tutanlar bu təbrikə başsağlığını da əlavə edirdilər. Bax, belə bir məqamda Trabzondan səs gəldi...

Qardaşım, ürək dostum Əhməd zəng vurmuşdu. Əvvəllər həftədə bir dəfə zəngləşirdik . Daha çox feysbuqda yazışırdıq, hal-əhval tuturduq bir-birimizdən. Sentyabrın 27-dən isə demək olar ki, hər gün zəngləşirik - gah mən, gah da o zəng vurur. Baş verənlərdən bir-birimizi xəbərdar edirik. Onun anasının COVİD-19-a yoluxması məni və onu burada çox sevənləri narahat etdiyindən zənglərimin əsas səbəbi hər dəfə əlini öpdüyüm anadan xəbər tutmaqdı. Bu gün isə...

Bəli, bazar günü saat 15:00 radələrində Əhməd zəng vurdu. Çox həyəcanlı idi. Məni doğmamdan da doğma kimi təbrik etdi. Bayrağımızın Füzuliyə sancılma məqamını türk televiziyalarından izlədiyini dedi. Sonra əlavə etdi:

- Abim, bu gün Trabzonun ən yüksək nöqtəsinə, yəni Boztəpəyə Türkün şanlı bayrağının yanına Azərbaycanın da şanlı bayrağını sancdıq. Bizim qardaşlığımız bayrağımızı da qardaş etdi. İndi onlar yanaşı dalğalanır!

Hə, bu xəbər ürəyimi dağa döndərdi. Çünki zəng vuran Əhməd bəy Trabzonun ən böyük ərazilərindən olan Universitet məhəlləsinin muxtarı idi. Mən ona ancaq “can, qardaş!” dedim. Göz yaşlarımı saxlaya bilmədim. Nəhayət, toparlanıb əlavə etdim ki, Tanrı Türkün qardaşlığını, bayraqlarımızın ucalığını qorusun! Və bu min illərdən gələn qardaşlıq əbədi olsun!..

Bəli, bu bir telefon zənginin təkcə mənə sevinc bağışlaması yox, həm də Trabzondakı bütün dostlarımın, tanışlarımın – İbrahim hocanın, Mustafa hocanın, Rəcəb abinin, Həyati bəyin, İsanın, Erdalın, daha kimlərin və bütövlükdə Trabzonun sevincinin, sevgisinin ifadəsi idi. Var olun, qardaşlar!

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-05-18

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
May: 18, 08, 06, 04, 01,
April: 29, 27, 24, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Futbol üzrə Avropa çempionatının qrup mərhələsi. Portuqaliya  -Azərbaycan. Oyunun 17-ci dəqiqəsi, hesab 2 -0 -dı, Ronaldo vərimə zərbəsi vurmağa hazırlaşır. Baş məşqiçi Brayze oyunçulara tapşırıqlarını verir, yığmamızınoyunçuları cərimə meydanşadında canlı sədd qurublar,  hamı topa baxır, Bədavi Hüseynov əksinə öz qapımıza baxır.

Kapitan Maksim Medvedev:

- Bədavi hara baxırsan? üzünü çevir.

Bədavi:

 - Siz hara baxırsınız -baxın, mən qolu görmək istəyirəm.

ARXİV

TƏQVİM

FACEBOOK