SON DƏQİQƏ:

Türkiyə Konstitusiya Məhkəməsinin sədri Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyib

  13568   |  
Şriftin ölçüsü  

Sentyabrın 29-da Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin sədri Zühtü Arslan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə telefonla zəng edib.

Trend-in məlumatına görə, telefon danışığı zamanı Zühtü Arslan Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatını pisləyərək, Türkiyə Konstitusiya Məhkəməsinin kollektivi adından qardaş Azərbaycanın Vətən uğrunda şəhid olmuş əsgərlərinin, dinc əhalinin erməni işğalçıları tərəfindən qətlə yetirilməsindən kədərləndiyini bildirib və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, Türkiyənin daim Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.

Sədr Fərhad Abdullayev türkiyəli həmkarına təşəkkürünü bildirərək, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqların Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın şanlı ordusu tərəfindən tezliklə azad olunacağına, insanlığa qarşı törədilmiş cinayətlərə görə erməni separatçılarının beynəlxalq hüquqa əsasən məsuliyyət daşıyacaqlarına və azad ediləcək ərazilərdə Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin bərpa ediləcəyinə əminliyini bildirib.

Sədr Zühtü Arslan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birgə səyləri nəticəsində bölgədə ədalətin zəfər çalacağına və qardaş ölkənin ərazi bütövlüyünün tezliklə bərpa olunacağına Türkiyə Konstitusiya Məhkəməsinin bütün hakim korpusunun inamını ifadə edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK