SON DƏQİQƏ:

Artıq zaman da, şərtlər də, şərait də Azərbaycanın xeyrinədir - Akif Aşırlı

  20410   |  
Şriftin ölçüsü  

Gözlənilən gün gəldi. Dədə-babalarımızın canlarını fəda etdiyi Qarabağ uğrunda 27 ildən sonra ikinci savaş yenidən alovlandı. Sentyabrın 27-si və 28-i cəbhədə erməni təxribatı zamanı cəbhəyanı bölgələrdə yaşayan mülki əhalimizə itkilər üz verdi. Həmin gün ordumuz düşməni cavab atəşi ilə susdurdu, ardınca isə Ali Baş Komandan ordumuzun əks-hücuma keçməsi haqqında qərar qəbul etdi. Ölkədə hərbi vəziyyət elan olundu, düşmən layiqli cavabını alır və almaqdadır. 7 kəndin və Murov zirvəsinin işğaldan azad olunması ordumuzda və xalqımızda böyük ruh yüksəkliyi, qələbə əzmini daha da artırması bunun bariz nümunəsidir və ümid edirik ki, qələbə bizim olacaq.

Bununla bağlı adalet.az olaraq ölkədə bəzi məhdudiyyətlər hökm sürür. Ölkədəki hərbi vəziyyətlə bağlı “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının fikirlərini öyrəndik.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı:

- Vəziyyət kifayət qədər xeyrimizədir. Xalqımız illər idi ki, bu kiçik qələbəyə həsrət idi. Artıq işğalda olan Fizulinin, Cəbrayılın bir neçə kəndinin, eləcə də bizim üçün strateji önəmi olan bir sıra yüksəkliklərin işğaldan azad olunması Azərabaycan xalqının qələbə ruhunu, sevinc ovqatını bir xeyli artırdı. Bu gün işə gələndə gördüyüm mənzərə, yəni həm fərdi maşınlardan, həm də eyvanlardan Türkiyənin və Azərbaycanın bayraqalarının asılması onu göstərir ki, xalqımız döyüş, qələbə ruhuna köklənib. Sözsüz ki, bütün bunlar itkilərimizin, şəhidlərimizin sayəsində başa gəlir, amma müharibənin bir sıra qayda-qanunları var ki, biz də bütün bunlara riayət etməliyik.

Düzdür, son dövrlər internetlə bağlı müəyyən problemlər yaşayırıq, amma bu da obyektiv dəyərləndirilməlidir. O baxımdan ki, müharibə təkcə cəbhədə yox, artıq sosial şəbəkələrdə də, ayrı-ayrı informasiya portallarında da öz əksini tapıb. Bizi istəməyən  qüvvələr var və bu qüvvələrin bizim informasiya məkanımıza “hücum” etməsi, əhali arasında “iflas” ab-havası yaratmaq istəkləri var. Biz bunu göz ardına almalıyıq.

Ordumuz artıq öz peşəkarlığını ortaya qoydu və orduya xərclənən vəsaitin və ordumuzun peşəkarlaşması istiqamətində Prezidentimizin atdığı ardıcıl addımlar, Türkiyənin həm hərbi, həm də siyasi elitasının Azərbaycana yaxın olması təbii ki, bizdə qələbə ruhunu ikiqat artırır.

Tanrıdan xalqımızın bu arzusunun çin olmasını diləyirəm və düşünürəm ki, artıq zaman da, şərtlər də, şərait də Azərbaycanın xeyrinədir.

 

Eminquey

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29, 26,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK