SON DƏQİQƏ:

Ermənilərin hədəf aldığı Ağdam rayon sakininin vəziyyəti ağırdır

  14861   |  
Şriftin ölçüsü  

Düşmənin hərbi təxribatı nəticəsində Ağdam rayonunun Mirəşelli kənd sakini 1997-ci il təvəllüdlü Eşqin Allahyarov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Adaet.az-ın məlumatına görə, yaralının anası Sahibə xanım bildirib ki, oğlu ilə birgə kənd yolunda gedərkən düşmənin hədəfinə tuş gəliblər: “Mərmi 10 metr yanımıza düşdü. Toz-dumandan bir-birimizi görmədik. Sonra gördüm ki, oğlum qolundan və qarnından yaralanıb. O anda nə edəcəyimi bilmədim. Qonşuların köməyi ilə oğlum təcili Ağdam rayon xəstəxanasına çatdırıldı. İndi həkimlərin nəzarətindədir”.

Xəstəxanadan verilən məlunmata görə, Eşqin Allahyarov qarın boşluğundan keçən və qolundan aldığı qəlpə yaraları ilə xəstəxanaya gətirilib. O, dərhal əməliyyata götürülüb, qəlpələr çıxarılıb, hazırda vəziyyəti ağırdır.

Qeyd edək ki, sentyabrın 27-də saat 06:00 radələrində Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.

Düşmən tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli, Cəbrayıl rayonunun Cocuq Mərcanlı, Goranboy və Daşkəsən rayonlarının bir neçə kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olanlar və yaralananlar var, o cümlədən çoxsaylı ev və mülki obyektlərə külli miqdarda ziyan dəyib.

Hazırkı vaxtadək ümumilikdə mülki əhalidən 9 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-30
2020-10-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 29, 27, 24, 22, 20, 17, 15, 13, 10, 08,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni məktəbində müəllim şagirdlərə:

- Uşaqlar, kim deyər, dünyada ən pis erməni kimdir?

Balaca Aram:

- Dartanyan.

Müəllim:

- Niyə Dartanyan?

Aram:

- Ona görə ki, o bütün film boyu “Mersi, Baku” deyir.

ARXİV

TƏQVİM

FACEBOOK