SON DƏQİQƏ:

İqtisadiyyat naziri Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış olub

  10597   |  
Şriftin ölçüsü  

İqtisadiyyat naziri Mikayıl Cabbarov ölkənin şimal-qərb bölgəsinə səfəri çərçivəsində Gəncə şəhərində yerləşən müəssisələrdə olub.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a bildirilib ki, əvvəlcə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla Gəncənin iqtisadi potensialının gücləndirilməsi, sənaye zonasının yaradılması və bu məqsədlə müvafiq ərazinin ayrılması məsələləri müzakirə olunub.

Nazir Gəncədə yerləşən “Azəralüminium” MMC-yə baş çəkib. Ölkəmizin əlvan metallurgiya sənayesində aparıcı şirkətlərdən olan “Azəralüminium” MMC Cənubi Qafqazda yeganə ilkin alüminium istehsalçısıdır. Şirkətin əsas müəssisəsi – “Alüminium Kompleksi” Gəncə şəhərində yerləşir. Kompleksin tərkibinə 4 zavod (Metal Tökmə və Fasiləsiz Yayma, Elektroliz, Təzyiqlə Emal və Boyama, Anod Prosesləri zavodları) və 2 köməkçi sahə (Silisium Düzləndirici Yarımstansiya, Mexaniki Təmir Stansiyası) daxildir. Buradakı zavodların ümumi ilkin alüminium istehsal gücü ildə 50 min tona yaxındır.

M.Cabbarov müəssisənin fəaliyyəti və perspektiv planları ilə tanış olub. Müəssisə rəhbərliyi ilə aparılan müzakirələrdə dayanıqlı xammal təhcizatının təmin olunması, ilkin alüminium istehsalının genişləndirilməsi, dərin emal prosesinin aparılaraq müxtəlif məhsulların istehsalının təşkili, istehsalın optimallaşdırılması və rəqabətqabiliyyətliyinin artırılması məsələləri müzakirə olunub.

Sonra İqtisadiyyat naziri Gəncə Avtomobil Zavodunda olub. Müəssisədə müxtəlif təyinatlı nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası (traktor, kombayn və sair), yük avtomobilləri və sair yığılır. Zavod rəhbərliyi ilə görüşdə müəssisənin mövcud istehsal gücü, yeni növ texnikasının, o cümlədən traktorlar, digər kənd təsərrüfatı texnikası və avtobusların yığımı üçün potensialı və satış imkanları müzakirə edilib, müəssisənin rəqabətqabiliyyətliyinin artırılması zəruriliyi vurğulanıb.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-10-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 17, 15, 13, 10, 08, 06, 03, 01,
September: 29, 26,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Silahlı Qüvvələrə yardım etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı eşidir ki, Eskobarın  bacısı  oğlu dayısının evində  təmir işləri  apararkən divardan 17 milyon  dollar və xeyli ləl-cəvahirat  tapıb. Tərpənir  Qazaxa, gedir dayısıgilə. Bir  külüng götürüb başlayır   dayısının   evinin divarını  sökməyə. Dayısı  qalır  mat-məəttəl:

- Ə, nağeyrırsan?

- Eskobarın  bajısıoğlu dayısının evinin divarını  sökəndə on yeddi  milyon  dollar  pul tapeyib. Görüm sən nə qədər  pul gizlədifsən?

- Ay axmaq, mənim pulummu  var?

Vəli dayısına  fikir  verməyib  başlayır  divarı   sökməyə, bu vaxt  divardan  20-30  dəftər  tökülür. Vəli tez dəftəri  götürüb  deyir:

- Dayı,  bə bunnar nədi?

- Heş, a bajoğlu, şeirlərimdi, gələjək nəsillər üçün  saxleyram.

Vəli hirslə deyir:

- Bəy babam Nikolayın  kağız pullarını  gizlətmişdi, tapanda  bir  qəfiyə dəymədi, sən də şeirlərini. Yaxşı ki  mən tafdım,  gör  nəvələrin   tafanda səni nə qədər  söyəjeydilər.

ARXİV

TƏQVİM

FACEBOOK