SON DƏQİQƏ:

Vanqanın gerçəkləşən praqnozu: Batan “Kursk” atom sualtı gəmisinin 20 illik sirri

  68745   |  
Şriftin ölçüsü  

1981-ci ildə bolqar əsilli görücü Vanqanın ağzından çıxan proqnozların hamısı qeydə alınırdı. Qeydlər haqqında o dövrün mətbuatında bəzi yazarlar, eləcə də ictimai xadimlər ironiya saçan analizlər verirdilər. Bu ironik yanaşma, Vanqanı gülüş hədəfi etmək idi.

Məsələn: "İki dəmir quş qüllələrə çırpılacaq, göy üzü işıqlanacaq” (11 sentyabr hücumu) "Kursk su altında qalacaq, bütün dünya arxasınca ağlayacaq” (2000-ci ildə 118 rus əsgərinə məzar olan sualtı qayıqda baş verən müdhiş hadisələr) "Vladimirin (Putin) zəfəri dünyada hər şeyə təsir edəcək” "İqlimlər dəyişəcək ” (qlobal istiləşmə) "Amerikanın 44-cü dövlət başçısı qara olacaq. Onun gəlməsindən sonra ölkə böyük bir maliyyə böhranına başlayacaq, dünyaya barış deyil, fəlakət gətirəcək”

Zaman keçdi. Görücü Vanqanın illər əvvəl dediyi bütün öncəgörmələr gerçəkləşdikcə dünya əhalisi qoxmağa, həyəcanlanmağa başladı.

Rusiyanın məşhur "Kursk" gəmisinin batmasından 20 il keçir

2000-ci il avqustun 11-də Rusiya Dəniz Qüvvələrinin Şimal donanması geniş təlimlərə başlamışdı. Bu təlimlərdə aktiv iştirak edən gəmilərdən biri "Kursk” atom sualtı gəmisi idi. O, 118 nəfər şəxsi heyəti ilə təlimlərə qatılmışdı.

Avqustun 11-də Severomork limanından çıxan "Kursk” bir daha sahildə lövbər salmayacaqdı. Avqustun 12-də təlim zamanı şərti hədəfə atəş açan zaman gəminin göyərtəsində partlayış baş verir. Rəsmi versiyaya görə, "Kit” gəmi əleyhinə torpeda təhlükəsizlik qaydalarının pozulması nəticəsində gəminin daxilində partlayır. Bundan sonra başlanan yanğın 2 dəqiqə ərzində daha bir torpedanın (öz-özünə hərəkət edən sualtı mina) silkələnməsinə və gəminin bir neçə daxili hissəsinin dağılmasına səbəb olur. Bundan sonra yavaş-yavaş gəmi suyun dibinə enir. Gəmi heyətinin əsas hissəsi partlayış baş verdikdən 7-8 saat sonra, dəm qazından zəhərlənərək dünyasını dəyişir.


2000-ci il avqusutun 28-də Vladimir Putinin göstərişi ilə batmış gəminin çıxarılması ilə bağlı xüsusi əməliyyat başlanılır. Bir neçə il ərzində Barens dənizində bir neçə min metr dərinlikdə olan "Kursk”un heç bir deformasiyaya uğramadan quruya çıxardılması layihələri müzakirə olunur. 2001-ci ilin avqustundan Hollandiya və Rusiya dəniz şirkətləri müştərək plan əsasında bu əməliyyata başlayırlar. 2009-cu ilin martına qədər davam edən əməliyyat zamanı "Kursk” gəmisinin 2 nüvə reaktoru, yanacaq ehtiyatları və bir neçə bloku quruya çıxarılır. Həlak olan 118 heyət üzvünün 115-nin cəsədi də aşkar olunaraq ailələrinə təhvil verilir. Ümumilikdə, layihəyə 130 milyon dollar vəsait xərclənir.

2000-ci il avqustun 26-da, faciədən 2 həftə sonra ABŞ-da populyar olan "Larri King Live” tok-şousuna qonaq olan Vladimir Putinin jurnalistin "Kursk”la bağlı nə baş verdi” sualına təbəssümlə "O batdı” cavabı verməsi narazılıqla qarşılanmışdı. Amerika tamaşaçısı 118 nəfərin həlak olduğu faciə barəsində prezidentin belə rahat danışmasını qəbul edə bilmirdi.

Ümumiyyətlə, hadisənin əsl səbəbləri ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Bəziləri bunun ABŞ dəniz qüvvələrinin gəmiləri tərəfindən törədilən faciə olduğunu, bəziləri isə rus komandanlığının planlı səhvi hesab edirlər. Nəticəsindən asılı olmayaq, "Kursk” atom sualtı gəmisinin batması Rusiya Hərbi Dəniz Qüvvələrində ciddi kadr dəyişikliklərinə yol açdı. Üzərindən 20 il keçməsinə baxmayaraq, gəminin qəzaya uğraması ilə bağlı toplanan bütün istintaq sübutları cəmiyyətə açıqlanmayıb.

Batmış atom sualtı qayıqları haqqında

Müxtəlif səbəblərdən batmışatom su altı gəmiləri özləri ilə yüzlərlə insanların həyatına son qoyub.1955 – 2017 -ci illər ərzində ümumilikdə 8 atom sualtı gəmisi batmışdır ki, onlardan da 4-ü sovet, 2-si rus, 2-si amerikan atom sualtı gəmiləridir. Bütün gəmilər müxtəlif qəzalar səbəbindən batmışlar: 3 gəmi texniki nasazlıq səbəbindən, 2 gəmi yanğın səbəbindən, 2 gəmi silahların partlaması səbəbindən, 1 gəminin isə batma səbəbi məlum deyil. Nüvə reaktorunda baş vermiş nasazlıq səbəbindən yalnız K-27 gəmisində texniki problem baş vermişdir, baxmayaraq ki, gəmi zədə almamışdı, təhlükəsizlik baxımından gəminin özü batırılmışdır. K-141 "Kursk" gəmisi 2001-ci ildə quruya çıxarılmış, digər 7 batmış gəmi isə hələ də dənizin dibindədir. Siyahıya batmış və göyərtəsində nüvə silahı olan K-27 gəmisi daxil deyil.

Əntiqə Rəşid


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK