SON DƏQİQƏ:

Akif Aşırlı: "Fazil Mustafa medianın durumundan bixəbərdir"

  4471   |  
Şriftin ölçüsü  

Fazil Mustafa örnək olmasa da həmişə mənə maraqlı olub. Tanıyanlar bilir ki , intellektini , savadını , cəmiyyətdəki davranışlarını təqdir etmişəm. Onun siyasi iddialardan yana maarifçilik işinin bu gün dövlətə və dövlətçiliyimizə xeyir gətirdiyi fikrində bu gün də qalıram. 

Kütlə sevgisinə köklənməyən mövqeyi tənqidə , bəzən təhqirə məruz qalsa da düşünürəm ki , bu gün Azərbaycan cəmiyyətində Fazil bəyin mövqeyini yetərincə müdafiə edən insan var. Elə uzağa getməyim , "Şərq" qəzetində yaradıcılıq planlanmasında verilən tapşırığın maraqlı , fərqli olmasını istəyənlər Fazil bəyə üz tuturlar. Amma cox təəssüf ki, Fazi bəy "Spase "nin "Sadə həqiqətlər " verilişində mətbuatımızla bağlı kökü , əsası olmayan fikirlər səsləndirib ,j urnalist olmasa da dövlət dotasiyası ilə qəzet buraxa biləcəyini deyib , ölkədə "Arqument fakt " , "Qardian " tipli analitik qəzetlərin olmadığından gileylənib. Xub əla , inanmıram ki, Fazil bəy bu gün Azərbaycan mediasının durumundan bixəbərdir. Xəbəri yoxdursa deyim , bir ildə bir manat belə reklamı olmayan , böyrümüzdəki Masazıra bir qəzet çatdıra bilməyən mətbuatdan "Qardian" düzəltmək olarmı? Hələ mən yaradıcılıq tərəflərindən danışmıram. Onu qismət olsa , görüşsək ikilikdə danışarıq.

Fazil bəy, biz əvvəl " Qardian " mühitinin heç olmasa 30 faizini yaradaq , sonrasına baxarıq ki, Azərbaycan jurnalistləri necə işləyir.

Səmimi deyirəm, Fazil bəy, "Şərq " qəzetinin baş redaktorluğunu mənmumiyyətlə Sizə həvalə edərdim. Gəlin redaksiyaya , mədəniyyət şöbəsi yazarlarından savayı hamısı Sizi doğma kimi qarşılayacaq. Sizin qəzeti hansı yaradıcılıq istiqaməti ilə "Qardian"a çevirəcəyiniz çox maraqlı olar. Amma inanmıram. Uzağı bir həftə duruş gətirə bilərsiz , sonra da əməkdaşları yığıb , halallıq istəyib redaksiyanı tərk edəcəyinizə bəri başdan əminəm.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-25
2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK