SON DƏQİQƏ:

Rusiya Liviyanın neft idxalını blokadaya alır...

  10485   |  
Şriftin ölçüsü  
"Moskva Liviyada qələbəyə ümüd edirdi. Lakin paytaxta hücum müvəffəqiyətsizliyə düçar oldu. İndi Kreml, ABŞ -ın acığına hərbi üstünlüyə neft blokadası ilə nail olmaq istəyir". Bu barədə İsveçrənin Neue Zürcher Zeitung qəzeti yazır.

"Neft silahda olabilər- deyə qeyd edən jurnalist Kristian Vaysfloq - bunu Rusiya və Birləşmiş Ərəb Əmirliyi əyani şəkildə Liviyada nümayiş etdirirlər. Onların müdafiə etdikləri general Həftar, son illər şərqdən başlayaraq, demək olar ki, ölkəni zəbt edib və paytaxt Tripoli mühasirəyə almağa çəhd edir. Ölkənin neft yataqlarının hamısı demək olar ki, Həftarın nəzarəti altındadır. Həftar qara qızılın hasilatını dayandıraraq, onun yanvar ayından ixracatını gündəlik 1,2 miıyon bareldən təxminən 100 min barelədək azaldıb."

Neftdən gələn gəlirlər xarici tərəfdaşları-Rusiya və BƏƏ-ri tərəfindən yaradılan muzdlu yaraqlılara və terrorçu dəstələrinə xərclənir.

Liviyalı ekspert Anas əl-Qomati də jurnalistin fikirləri ilə razıdı: " Söhbət əmlaka və hakimiyyətə yiyələnməkdən gedir". Onun sözlərinə görə " hələ 2015-ci ildə Əmirlikdə, əldə olunan gəlirlərin hesabına ölkənin qərbində yeni neft şirkəti yaratmağa cəhd edilirdi. Lakin ABŞ-ın təyziqi ilə bu niyyətləri baş tutmadı. İndi siz düşünürsünüz ki, Rusiya neft gəlirlərinin ədalətlə bölünməsində maraqlıdır? -deyə ekspert sual edir.

Hökumət qüvvələri Eş-Şarar neft yataqlarını nəzarətə alaraq onun fəaliyyətini bərpa etməyə çalışdıqları vaxt, Rusiyanın mənfur "Vaqner" hərbi muzdluları hücum edərək yenidən bu yataqları və Es-Sider yataqlarını nəzarətə aldılar. O vaxtdan Liviya hökuməti 6 miyard dollarlıq gəlirindən məhrum edilib.
Moskva Liviyanın Əl-Cufra və Əl-Hadim aviabazalarına hərbi təyyarələrini göndərdikdən sonra isə, artıq general Həftarın köməyinə ehtiyac qalmayıb. Rusiya və BƏƏ-ləri özlərinin yaratdıqları muzdlu dəstələri vasitəsi ilə neft yataqlarına nəzarət edirlər. Həftar isə onlara hərbi əməliyyatları zamanı dünyaya Liviyanın daxili mübarizəsi görüntüsü yaratmaq üçün lazımdı.

Artıq illərdi ərəb dünyası enerji resurslarına yiyələnmək uğrunda iki hegemon dövlətin- ABŞ və Rusiyanın hikkələrinin qurbanına çevrilməkdədi. Maraqlıdır ki, istər Rusiya, istər Birləşmiş Ştatlar və onlara düdük çalan İran və BƏƏ-ri, ərəb dövlətlərinə hərbi müfaxilə edir, yalnız sonra özlərinin bu bölgədə hadisələrə qarışmalarına don geydirməyə çalışırlar.

Moskva Suriyaya müdaxiləsini, guya Bəşər Əsədin dəvəti ilə haqq qazandırır. Bəs onda Liviyada hansı "dəvətlə" fəaliyyət göstərir? Başkəşənlərdən ibarət "Vaqner" muzdlularıylamı?. . ABŞ isə dünyan ağası kimi hər müdaxiləsini, "demokratiya gətiririk" şüarları ilə malalayır. Amma nədənsə on illərdi qarışdırdıqları ərəb dünyasından yalnız terror, partlayışlar, şəhərklərin bombalanaraq yerlə yeksan olunması xəbərləri almaqdayıq və bu gedişlə hələ uzun illərdə belə xəbərlər almaqda davam edəcəyik.
Ərəblər Allaha dua edir, Allahda onlara yardımçı ola bilmir. 

Hazırda dünyanı cənginə alan koronavirus pandemiyasıı da bu hegemon dövlətlərin hikkəsini sındıra bilmədi. Ümid... ümid isə artıq bitmək üzrədi. ABŞ-ın pulu və silahı çox, Rusiyanın isə pulu çox olmasa da, silahı və başkəsməyə susayan muzdlu əsgərləri çoxdu...

Rüstəm HACIYEV

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK