SON DƏQİQƏ:

Müəllimliyə namizədlər necə hazırlaşır? - SORĞU

  15921   |  
Şriftin ölçüsü  

Operativ Qərargahın qərarına əsasən 5 avqustdan etibarən Müəllimlərin İşə Qəbul imtahanı(MİQ) keçiriləcək. Hazırlıq dövrü karantinə düşdü. Kurslar və repetitor fəaliyyəti qadağan edildi. Belə vəziyyətdə müəllim olmağa namizədlər necə hazırlaşır? Bu barədə adalet.az MİQ imtahanında iştirak edəcək namizədlərin fikirlərini öyrənib.

Riyaziyyat ixtisasından imtahanda iştirak edəcək Səbinə Nəbiyeva hər il fərqli yeniliklərin tətbiqindən narazıdır.

"Evdə özümə aid vəsaitlərlə riyaziyyatdan çalışa bildim ancaq. Gözləntim təxmin etdiyiniz kimi aşağıdır . Hər il aidiyyatı olmayan yeniliklər edirlər.”

Coğrafiya ixtisası üzrə müəllim olmağa hazırlaşan Sevinc Adilovanın isə harasa qəbul olmağa inamı aşağıdır.

"Özüm hazırlaşdım . Yaxşı nəticə gözləsəm də harasa qəbul olmağı gözləmirəm. Çünki keçid 35+ olsa da , gərək 55 bal toplayım.”

Günel Xəlilova da digər həmkarları kimi imtahana özü hazırlaşır.

" İyul ayı həm ixtisas(Azərbaycan dili və ədəbiyyat), həm də kurikulumdan online dərslərə qoşuldum. Amma bir ay qoşula bildim, sonra imkan olmadı. Vəsaitlər aldım, qonşulardan dərslikləri yığdım. (teamsdə var, bilirəm, gözüm ağrayır kompüterə baxmaqdan)Özüm hazırlaşıram.”

Kəmalə Bayramova isə yeni qərardan sonra ilk dəfə imtahanda iştirak edəcək.

"Ilk imtahanım olacaq. Heç bir zaman iştirak etməmişəm. Tərcüməçilərin müəllim işləmək kimi hüququ yox idi. Yeni qərarla isə işləyə biləcəyik. Sənəd qəbulunun bitməyinə bir gün qalmış qeydiyyatdan keçmişəm. Hazırlaşmamışam. 14 ildir, özəl məktəbdə çalışıram. Ixtisasımı yaxşı bilirəm deyə bu addımı atdım.”

Emin Piri


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-19

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Müəllim birinci sinifdə ilk dərsə başlayır:

- Hə, uşaqlar, hamınız facebookda, instaqramda və digər sosial şəbəkələrdə yazışmalarınızı dayandırın və telefonıarınızı söndürün. Mən sizə bu gün A hərfini öyrədəcəm.

ARXİV

TƏQVİM

FACEBOOK