adalet.az header logo
  • Bakı 12°C

Əzizə İsmayılova: Brifinqdə bir məsələ fikrimi qarışdırdı ki,

ƏZİZƏ İSMAYILOVA
47816 | 2020-07-21 11:15

Şahmar müəllim dedi ki, "190 manatı kartından çıxarmayanların kartını dövlət bloklayır vəo pulu istifadə etməyə icazə vermir. Niyə? Ona görə ki, "bu ödəmələr birdəfəlik ödənişdir və ehtiyacı olanlara verilir. Vətəndaşın ehtiyacı olsaydı, onu vaxtında götürərdi. Götürməyibsə, deməli bu pula ehtiyacı yoxdur, olsaydı alıb xərcləyərdilər. Biz o pulu ona görə vermirik ki, onu karta yığsınlar". ...

Təsəvvür edə bilirsiniz? Bu nə məntiqdir belə?

Deməli Əmək Nazirliyi dəfələrlə bəyan edirdi ki, "biz 190 manatı kiməsə vermək üçün onların məlumatlarını 22 dövlət orqanı ilə yoxlayırıq, tam şəffaf, aydın. və s və ilaxır..."

Nəhayətdə bu qədər yoxlamadan keçən vətəndaşa 190 manat verilir və o da onu vaxtında götürə bilməsə blok edirlər ki, lazım olsaydı, qaça-qaça gedib götürərdi...

Elan olunmuşdumu vətəndaşa ki, "vaxtında almasanız kartınız bloklanacaq haa". Vətəndaşın xəbəri vardımı bundan? "Vaxtında almaq" hansı zaman kəsiyini nəzərdə tutur?-izah olunmuşdumu bu vətəndaşa?

Deməli, bloklanandan sonra vətəndaş yenidən düşməlidir qapılara, 142-yə düşmək üçün saatlarla telefondan asılmalıdırlar, cavab ala bilməməlidirlər, sonra harasa getməlidirlər və s ilaxır...nəhayətdə nazirlik təzədən bir də araşdırmalıdır görək, vətəndaş niyə vaxtında gedib 190 manatını götürməyib..

Onda bu boyda dəmədəstgah, qurumlarla razılaşdırmaq, ölçürük-biçirik, müəyyən edirik filan kimə lazım idi? 190 manat bir vətəndaşa təyin olunubsa, nə fərqi var ki, onu nə vaxt götürəcək? Onsuz da bu qədər əsəb stress içində niyə bir də bu qədər stress keçirməlidir?

Deməli, anası ölməmiş vətəndaş haqqı olan 190 manatı almaq üçün bu qədər dağa-dərəyə düşməlidir...

Bilmirəm bunun məntiqi nədir..

Amma çox uğurlu qərardır. Məncə vaxtında pulunu götürməyən vətəndaşları küncə qoymaq lazımdır. özü də tək ayaq üstündə..

Bravo!


TƏQVİM / ARXİV