SON DƏQİQƏ:

Aqil ABBAS: GÖRÜRSƏN QATAR GƏLİR, KEÇMƏ DƏ!

  96342   |  
Şriftin ölçüsü  

Rəhmətlik Habil Əliyevin məşhur bir lətifəsi var, həmin lətifəni təkrar etməkdə fayda var.

Əbülfət Əliyevin bir qohumunu qatar vurubmuş, sənət dostları, Habil Əliyev də onların içində olmaqla, yığışıb gedirlər Ağdama yasa. Babat da yağış yağıbmış. Kəndə gedəndə maşın batır, məcbur olurlar ki, düşüb itələsinlər.

Təkərin altından çıxan palçıq Habil Əliyevin üst-başını batırır.

Habil müəllim üstünün palçığını təmizləyə-təmizləyə hirsli-hirsli deyir:

- Rəhmətliyin oğlu, - nəsə ağır bir söz demək istəyir, görür Əbülfət durub yanında sözü fırladır; - görürsən qatar gəlir, keçmə də, başına dönüm.

İndi korona da həmin qatardı. Özü də düz gəlmir ey, köndələninə gəlir, qabağına keçəni silib-süpürür. Köndələn gələn karona qatarından özümüzü qorumalıyıq, yolunun ağzına çıxmamalıyıq.

Amma biz bu məsuliyyəti hiss eləmirik . Özü də bizdən nə tələb olunur: özümüzü qorumaq! Bunun üçün də maska taxmaq, ara məsafəsi saxlamaq , sanitar-gigiyena qaydalarına əməl etmək və vacib olmadan evdən çıxmamaq. Bu, çox çətindimi?

Hər gün oxuyuruq ki, karantin qaydalarını pozduğuna görə nə qədər adam cəzalandırılıb: 1000-1500, nə qədər adam inzibati məsuliyyətə cəlb olunub. Bir sözlə, Qərargah nə qərar çıxarırsa, yenə öhd olmur. Və nəticədə hökumət məcbur olub cəzaları sərtləşdirir və cərimələri artırır. Cərimələrin artırılmasına da təbii ki, insanlar etiraz edirlər.

Dostum, necə deyərlər, qırmızı işıqda keçmə, cəriməni ödəmə də!

Cərimə olunmaq istəmirsənsə, sosial şəbəkələrdə söyüş yazmaqdansa qanunlara əməl et, qanunlara tabe ol.

Belə bir söz var ki, Çingiz xan deyib: «Bir mıx bir nalı, bir nal bir atı, bir at bir igidi, bir igid isə bir ölkəni xilas edir».

İndi özünü qoruyan balalarını qoruyur, ailəsini qoruyur. Balalarını, ailəsini qoruyan qohum-əqrəbasını qoruyur, qohum-əqrəbasını da qoruyan kəndini-kəsəyini, elini-obasını, millətini qoruyur.

Pandemiya zarafat götürmür, lağlağı götürmür .

İndi nə qədər insan xəstələnməlidir ki, nə qədər insan ölməlidir ki, siz buna inanasınız və özünüzü qoruyasınız?!

Görürsüz karona qatarı gəlir, özü də köndələn gəlir, keçməyin də başınıza dönüm, yolu keçməyin!


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 31 24, 17, 10, 03, 01,
June: 26, 24, 22, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK