SON DƏQİQƏ:

Qışqırıb dünyadan çıxmağım gəlir... - Əzizə İsmayılova yazır

  48273   |  
Şriftin ölçüsü  

Sizi bilmirəm amma mən virusdan yox, əsəb və stressdən gedəcəm. Bu boyda neqativ, əsəb və acizliklə hansısa virusa qalib gəlmək olar, a kişi? Bir dənə xoş olan, əsəblərə sığal çəkən söz yoxdu e...

Yaşlı ana söz soruşur bilmirsən necə deyəsən ki, ölməsin, ata söz soruşur, variant axtarırsan ki necə deyim təzyiqi fırlamasın?! Sanki dünya dağılan şahmat fiqurlarıdır, qarmaqarışıq...

Əvvəllər, o vaxt ki, meyvə filan yoxdu, heç olmasa deyirdilər "çox əsəbləşməyin, immun sisteminizi gücləndirməyə çalışın. İmmun sistemi güclü olanda virus qorxulu olmur", "səbrli olun", "narahat olmayın". Əl yumağın gündə bir formasını öyrədirdilər..

İndi meyvə mövsümüdür, heç olmasa çıxıb deyən yoxdur ki, "ay sarımsağın kilosu 15, zəncəfilin kilosu 40 manata sırınanda, qram-qram alıb xoşbəxt olmağa çalışan vətəndaş, həyətindəki mer-meyvədən, tərəvəzdən doyunca ye, yedizdir uşaqlara. Şəhərdə onsuz da parnik məhsulundan başqa nəsə tapmaq çətin məsələdir, barı sən həyətindəkindən bol ye. Kənddəsən ağartı ye, yağ ye, qatıq ye..Gücləndir immun sistemini...

Guya kənddə bunlar nə gəzir e? Amma sözdür də, insana ruh, inam verəcək bir kəlmə söz. Rəngarənglik üçün, çalar üçün, fərqlilik üçün bircə kəlmə söz.. Adını belə tutan yoxdur. Heç "əlini yu" deyən də yoxdur..

Əvvəl dedikləri hər şeyin antonimini yaşayırıq sanki..

Ancaq bircə xətt var: maska, cəza, ciddi cəza, sərt cəza, inzibati cəza, cinayət işi, polis... Tutacaqlar, həbs edəcəklər, cərimə edəcəklər... Öləcəklər, meyitləri küçələrdə qalaqlanacaq, yığa bilməyəcəyik...

Həkimi çıxır eyni şeyi deyir, vəkili çıxır eyni şeyi deyir, müğənnisi çıxır eyni şeyi deyir, şoumeni çıxır eyni şeyi deyir, vayməni çıxır yenə eyni şeyi deyir.

Ana balası üçün qorxur, bala anası üçün qorxur, ata bir cür səksəkədə, nənə-baba ayrı səksəkədə.Toxun acdan xəbəri yox, acın dünyadan xəbəri yox.

Sanki bir saat qurdular hər kəs üçün hamı öləcəyi vaxtı ayarlayır...

Yaa, bir ruh verin insanlara, biraz yaşamağa inam verin, həvəs verin. İmmun sistemimiz darmadağın olur, zəifləyirik, aqressivləşirik..

Tifağın dağıdın, a dünya! Qışqırıb dünyadan çıxmağım gəlir... Hara kimi də, hara kimi?!

Siz çox yaşayın amma belə uzun getməyəcəyini deməsəm olmazdı.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-21
2021-09-20

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK