adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

Ha dedim, "səbr edək düzələr", amma... - Əzizə İsmayılova yazır

ƏZİZƏ İSMAYILOVA
56529 | 2020-04-25 10:26

Bu 190 manatı konkret millətin burnundan gətirdiniz də. Heyf bu 190 manat üçün itirilən bu qədər əsəbə, keçirilən bu qədər stresə...

Ay başınıza dönüm, siz də gözəl bilirsiniz ki, əsasən öz adını belə düz yaza bilməyən kontentlə işləyirsiniz.

Əksəriyyətinin telefonu 30 manatlıq ağ -qara telefondur. Əksəriyyəti də İnternetin çox olsa Tiktoka və İnstaqrama girməkdən ibarət olduğunu bilir.

Pulu hər hansı səbəbdən vermisiniz, yaxşı edirsiniz, eləcə yazın ki, "vermirik", ya da "ay əziz vətəndaşım, filan səbəbdən sənə düşmür- adında torpaq var, nə bilim mülk var, villa var, hər nə varsa. Bu yazıq millət də bilsin ki, səbəb nədir.

Bu nədir hərəsinin telefonuna bir cür maddə yazmısınız ki, "filan maddəyə əsasən, sizə ödəniş düşmür".

Vəkillər kollegiyasını kontent kimi nəzərdə tutmusunuz, ya hüquqşünasları? "Məşğulluq haqqında qanun" vurma cədvəlidir ki, hamı əzbər bilsin, yoxsa Qurani Kərimdir hər evdə olmasa da heç olmasa kəndin baş mollasında olsun?

Oğuzun Dəymədərə kəndində, ya nə bilim Lahıcda, İvanovkada, hansısa daxmada bir öynəni nə ilə ötürəcəyini düşünən fağır adam, məcəllə oxuyur, maddə bilir? Yoxsa cəmiyyətdə hamı bilir onlar geridə qalıblar?

Sizcə, kimdən soruşub öyrənməlidir insanlar məcəllənin maddələrini? Evdən çıxmağa da qoymursunuz ki, bəlkə bazar qabağına, çayxanaya gedə kimsə bir yalan uydurar sakit olar adamlar.

Niyə belə zülm edirsiniz onsuz da nə edəcəyini bilməyən vətəndaşa? Niyə bu qədər əziyyət verirsiniz?

Hamı ilan dili çıxardır, " 4.1.6 hansı maddədir, 4.1.3 hansı maddədir?" deyə-deyə. Heç birinin də sual verib cavab alacağı bir mənbə, yer yoxdur. Hər maddənin içində də bir djün səbəb var. Nədir də, qadanız alım, etdiyiniz bu işin fəlsəfəsi?

2-ci əsas məsələ...

Bu qədər insana "sənin VÖEN'in var, düşmür" deyə mesaj gedib. Dəfələrlə şəxsimə izah etdiniz ki, "bəs VÖEN neçə il əvvəl bağlı olmasından və ya işlədilməməsindən asılı olmayaraq, silinməsə mümkün deyil. Çünki biz vətəndaşın adını bazaya vuranda adının qarşısında VÖEN çıxır. Onların işlək olub olmamasını bir-bir araşdırmağa vaxt yoxdur".

Anladıq, vətəndaşa da bu şəkildə izah etdik. Bu gün də vergilər çıxıb deyir ki, xeyr, "VÖEN'in silinməsi lazım deyil. Birdəfəlik ödəmələrin verilməsi üçün fiziki şəxsin adına olan passiv VÖEN-in ləğvini tələb etməyin heç bir hüquqi əsası yoxdur. Vətəndaşın VÖEN-nin olması onun avtomatik olaraq gəlir, qazanc əldə etməsi kimi başa düşülməməlidir. Bunun üçün fəaliyyət göstərmək, işləmək lazımdır. Yardım və ya ödəniş verilərkən onu almaq istəyən şəxsin hansısa sənədinin və ya nömrəsinin olub-olmaması yox, onun gəlirinin, qazancının olub-olmaması, aztəminatlı olub-olmaması əsas kimi götürülməlidir. Passiv VÖEN'i olan vətəndaşlar 190 manat üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər"

İndi necə başa düşək bu dilemmanı? Kim deyən daha düzdür? Kimin dediyinin arxasınca getmək lazımdır?

Bu suallara aydınlıq gətirmək üçün hara, kimə etməlidir vətəndaş müraciətini? 142 adlı nömrəyə düşmək qeyri mümkündür. Başa düşürəm, zəng çoxdur amma bu, vətəndaşın problemi deyil ki. Səhifənizə yazırlar, sıfır reaksiya.

Vətəndaş sual verir, "mən indi neynəməliyəm ki, passiv VÖEN sahibi olduğumu bildirim?. Axı mənə imtina mesajı gəlib. Sistemə də təkrar giriş mümkünsüzdür. Neynəməliyəm? "

Neynəməlidir vətəndaş?- hörmətli aidiyyatı qurumlar, bir izah verin cavab verə bilək bu suallara.

Hərəsi üçün çox yox 1-cə dəqiqəlik video izah hazırlayıb cəmiyyətə verə bilərdiniz də ki, "ay əziz vətəndaşım, VÖEN problemini belə həll elə, maddələrin də açması budur..

3-cü əsas məsələ:

Camaat yazır "18 gündür, 15 gündür qeydiyyatdan keçmişəm heç bir cavab yoxdur. Filankəs məndən sonra yazıb ona cavab gəlib. Niyə?"

İzah verin də ki, "ay əzizim vətəndaş, gecikməyə səbəb budur, filan şeydir"..

O boyda nazirlik "saytımıza giriş rekord vurub"la yox e, bu qədər cavabsız suallarla pərən-pərən saldığı vətəndaşa çata biləcək aydın cavablarla öyünməli idi...


TƏQVİM / ARXİV