adalet.az header logo
  • Bakı 7°C
23 Oktyabr 2020 14:16
120852
MARAQLI
A- A+

Siz də deyirsiniz ki, maska taxırıq...

17-ci əsrdə Avropada taunlu xəstələrə baxan həkimlər kostyum geyinərək özlərini başdan ayağa qədər örtür, quşa bənzəyən uzun bir dimdiyi olan maska taxırdılar. Maskaların formasının səbəbi isə xəstəliyin yayılma yolları ilə bağlı yanlış məlumatlar idi.

Kostyum 17-ci əsrdə bir çox Avropa krallığının tibbi ehtiyacını qarşılayan həkim Charnes de Lorme ilə bağlıdır. Lormenin tərifinə görə geyim qoxulu bal mumu ilə örtülü pencək, botlara bağlı şalvar, sıx köynək və keçi dərisindən hazırlanmış şapka və əlcəkdən ibarətdir.

Həmçinin həkimlər qurbanlara toxunmaq və onları uzaqlaşdırmaq üçün çubuq daşıyırdı.

Ancaq taxdıqları maska daha çox diqqət çəkirdi. Taun həkimləri eynək və burnu 15 sm olan dimdik şəklində, burun dəliklərinin yanında iki dəliyi olan ətirlə dolu maska taxırdılar. Bu maskalar həkimləri kirli havadan qorumaq üçün düşünülmüşdü. O zamanlar insanlar taunun insanların xarakterində və orqanizmin daxili mühit mayelərində balans pozğunluğu yarada biləcək zəhərli hava ilə yayıldığına inanırıdlar. Şirin və kəskin ətirlərin taun daşıyan bölgələri dezinfeksiya edə bildiyi və burnu qoruya bildiyi düşünülürdü.

Maskalar 55-dən çox bitki, darçın, bal kimi tərkiblərdən ibarət məcunlarla doldurulurdu. Maskanın dimdik forması isə zəhərli havanın burun dəliklərinə və ağciyərlərə çatma müddətinin uzadılması üçün idi (Lormeyə görə).

Taun isə əslində heyvanlardan insanlara birə dişləməsi, bulaşıcı maye və ya toxuma ilə təmas, asqırma və öskürmə yolu ilə yayıla bilən bakteriyalardan, "Yersinia Pestis”- dən yoluxur.

Həmçinin qəribə görünüşünə görə kostyum İtaliya karnavallarında məşhurdur. Karnavalda məşhur olan bu kostyum əslində bir zamanlar dünyanın ən qorxunc xəstəliklərindən olan taundan qorunmaq üçün bir vasitə idi.

Dilimizə uyğunlaşdıran: Eminquey