23 Oktyabr 2025 09:07
97
DÜNYA

ABŞ ordusu daha bir gəmini bombaladı

ABŞ ordusu daha bir narkotik daşıdığı deyilən gəmiyə zərbə endirib.

Adalet.az-ın məlumatına görə, bu barədə müdafiə katibi Pit Heqset sosial mediada açıqlayıb.

Son bir neçə ayda sayca 8-ci olan bu zərbə gecə saatlarında Sakit okeanın şərqində baş verib. Əvvəlki yeddi hücum Karib dənizində gerçəkləşdirilib. Hadisədə iki nəfər ölüb.