SON DƏQİQƏ:

Azərbaycan jurnalistlərinə koronavirusla bağlı müraciət

  6390   |  
Şriftin ölçüsü  

Parlament Jurnalistlər Birliyi (PJB) koronavirusla bağlı ölkə jurnalistlərinə müraciət ünvanlayıb.

Adalet.az xəbər verir ki, müraciətdə deyilir:

"Dəyərli həmkarlar, hazırda koronavirus pandemiyası bəşəriyyəti təhdid etməkdə davam edir, insanlar bundan haqlı olaraq ciddi şəkildə narahatdır. Mütəxəssislərin rəyinə görə, koronavirusdan daha çox onun xofu, psixoloji sarsıntısı ciddi fəsadlara yol açır.

Belə arzuolunmaz durumun yaranmasında sosial şəbəkələr, dəqiqləşdirilməmiş məlumatlar mənfi mənada böyük rol oynayır. Təəssüflə qeyd edilməlidir ki, bəzən jurnalistlər bilərəkdən, ya bilməyərəkdən sosial şəbəkələrə istinadən, dəqiqləşdirilməmiş məlumatları çalışdıqları media qurumlarında dərc edirlər.

Biz jurnalistlər yaranmış çətin dövrdə insanları informasiya ilə təmin etməliyik. Onlara məsələnin ciddiliyini, qaydalara əməl etməyin alternativi olmadığını çatdırmalıyıq. Ancaq bu məslədə ən vacib vəzifəmiz insanlarda inamı artırmaq, onları koronavirusa qalib gələcəklərinə inandırmaqdır.

Hazırki həssas məqamda jurnalistləri peşə-davranış qaydalarına riayət edərək koronavirusa qarşı mübarizədə fəal iştirak etməyə, daha çox əhalinin özünüqoruma qaydaları, ev şəraitində uşaqların və yaşlıların məşğuliyyəti ilə bağlı maarifləndirici yazılara üstünlük verməyə dəvət edirik.

PJB olaraq Nazirlər Kabineti yanında Operativ Qərargaha da müraciət edərək bildiririk ki, həm media, həm də sosial şəbəkələrdə monitorinqlərin keçirilməsinə, media sahəsində yaranacaq hər hansı xoşagəlməz məqamların aradan qaldırılması üçün hər cür dəstəyə hazırıq”.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK