Hindistan Azərbaycandan neft alışını artırıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Hindistana 524 min 337,96 ton xam neft ixrac edib.
Adalet.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 399 milyon 206,99 min ABŞ dolları təşkil edib.
İxrac olunmuş məhsulun miqdarı 2025-ci ilin 9 ayı ilə müqayisədə 4,9 dəfə, dəyəri isə 7,4 dəfə çoxdur.
Hindistana ixrac edilən xam neftin Azərbaycanın ümumi neft ixracında payı 3,31 % olub.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan dəyəri 10 milyard 103 milyon 482,51 min ABŞ dolları olan 15 milyon 829 min 589,9 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
Hesabat dövründə Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb.
Digər Xəbərlər
26 Oktyabr 2026 11:24
“İsrailə iqtisadi sanksiyalar tətbiq oluna bilərmi?”
26 Oktyabr 2026 10:30
Azərbaycanda yüz minlərlə insanın aldığı ödənişlərlə bağlı yeni xəbər
26 Oktyabr 2026 10:05
Azərbaycanda kimlərin pensiyalarına əlavələr ediləcək? - AÇIQLAMA
24 Oktyabr 2026 11:34
“Zəfərdən sonra Qubadlının iqtisadiyyatı 35 dəfə böyüyüb”
24 Oktyabr 2026 11:14
“Belə böyük bazarla Azərbaycanın iqtisadi əlaqələri hələ mövcud potensialdan...”
24 Oktyabr 2026 10:15
Dünya bazarlarında neft bahalaşdı
23 Oktyabr 2026 20:01
Bu şəxslərə dövlət dəstəyi şamil olunmayacaq
23 Oktyabr 2026 19:45


Bakı -°C

