adalet.az header logo
  • Bakı -°C
26 Oktyabr 2026 18:22
80
GÜNDƏM
A- A+

Rövşən Rzayev vətəndaş qəbulu keçirib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Laçın rayonunda vətəndaşları qəbul edib.

Bu barədə Adalet.az-a Dövlət Komitəsindən məlumat verilib.

Görüşdə Laçın və Kəlbəcər rayonlarından olan keçmiş məcburi köçkünlərin qayıdışın təşkili, vahid aylıq müavinət, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı müraciətləri dinlənilib.

Qəbul zamanı müraciətlər fərdi qaydada araşdırılıb, bir sıra qaldırılan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb, digər suallar üzrə qanunvericiliyin tələblərinə uyğun izahatlar verilib.