adalet.az header logo
  • Bakı -°C
25 Oktyabr 2026 14:08
65
MƏMLƏKƏT
A- A+

Yağış yağırsa...

Bir neçə gündür ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir. Təbii ki, belə hava şəraitində bir çox problemlər yaranır. Əsasəndə nəqliyyat vasitələrinin idarə edilməsində müəyyən çətinliklər üzə çıxır.

Belə ki, respublikası əhəmiyyətli yollarda  və eləcə də digər yollarda  bir çox sürücülər mövcud hava şəraitini nəzərə almır, yol hərəkəti qaydalarını tez-tez pozular.Aydındır ki, belə də olanda yol-nəqliyyat hadisələri qaçılmaz olur. Ona görə də Baş Dövlət Yol Polisi İdarəsi belə hava durumu ilə bağlı sürücülərə xəbərdarlıq edir və onların bir daha nəzərlərini çatdırır ki, yağışlı- yağmurlu havalarda onlar hava şəraitinə uyğun sürət seçməli, yollar yağışdan sonra sürüşkən olduğu üçün ara məsafəsi saxlamalı, qəfil manevr etməməli, nəqliyyat vasitələrinin texniki sağlığına diqqət yetirməlidirlər.

Bunun yanaşı, küləkli havada yük maşınlarının sürücüləri də diqqətli olmalı, yola uyğun sürət seçməli, döngələrdə ehtiyatlı olmalıdırlar! Bir sözlə, hər bir hərəkət iştirakçısı mövcud qanunlara riayət etməlidir! Bununla onlar qarşıya çıxan çətinlikləri dəf etmiş olurlar!!!

Emil FAİQOĞLU