İki mal ayağı: 25 manat!
Mən özüm xaş yeyən deyiləm. Amma evdə xanımım və oğlum xaşı çox xoşlayır! Hər payız və qış mövsümü onlar bu gözəl yeməkdən doyunca yeyirlər.
Özü də həkimlər deyir ki, xaş sümükləri daha da möhkəmlədir! Yəni kimdə sümük problemi varsa, xaş yesə, vəziyyəti yaxşılaşar və ayaqları daha möhkəm olar! Bizim bu deyilənlərə heç bir iradımız yoxdur! Onsuz da bizim millət xaş başqa xalqlardan çox sevir və yeyir! Nuş olsun! Sözümün canı odur ki, xanımım məndən xahiş etdi ki, xaş üçün iki mal ayağı alım. Mən də eləmədim tənbəllik , düşdüm aşağı, Yeni Günəşlidəki ət kökünə.
Orda bir tanış qəssab var , adı yadımdan çıxıb. Salam- məlokdən sonra iki mal ayağı almaq istədiyimi dedim. Qəssab dedi ki, varımdır, elə indicə gətiriblər. Soruşdum ki, neçiyədir? Dedi ki, ikisi 25 manat ! " 25 manat" sözünü eşidəndə təəccübləndim! Əvvələr , yəni sovet dönəmində 25 manata bir quzu satırdılar! Tay qəssaba bir söz demədim!
Evə qayırdım və vəziyyəti onlara danışdım. Heç ürəyini sıxma , iki gündən sonra bacım oğlu kənddən qayıdır, ona deyəcəm , gətirəcək! Özü də pulsuz! Bizə 25 manata mal ayağı lazım deyil! 25 manat verib , üç kənd toyuğu alarıq ! Susdum... Tay bir söz demədim! Və düz sözə nə deyəsən!!!
Emil FAİQOĞLU
Digər Xəbərlər
26 Oktyabr 2026 17:17
Uçuş zamanı yuxuya gedirlər - Pilotların etirafı
26 Oktyabr 2026 11:56
Əsəd Cahangirdən maraqlı status
25 Oktyabr 2026 13:07
Heyva doğrandıqdan sonra niyə qaralır? - Rəngini qorumağın praktik yolları
25 Oktyabr 2026 13:00


Bakı -°C

