adalet.az header logo
  • Bakı -°C
26 Oktyabr 2026 10:08
72
İDMAN
A- A+

Bu axşam "Qalatasaray" "Fənərbağça" derbisi var

Türkiyə Superliqasının IX turu çərçivəsində bu gün futbol azarkeşlərinin maraqla gözlədiyi İstanbul derbisi oynanılacaq.

Adalet.az xəbər verir ki, "Qalatasaray" və "Fənərbağça" komandaları üz-üzə gələcəklər.

Görüş "Qalatasaray"ın meydanında baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:30-da səslənəcək. Derbinin baş hakimi FIFA referisi Atilla Karaoğlan olacaq.

Komandalar meydana turnir cədvəlindəki mövqelərini yaxşılaşdırmaq üçün çıxacaqlar. Hazırda "Qalatasaray" 19 xalla ikinci, "Fənərbağça" isə 16 xalla üçüncü pillədə qərarlaşıb.