SON DƏQİQƏ:

Laboratoriya məhsulu yoxsa, Allahın cəzası ? - Əntiqə Rəşid yazır

  63716   |  
Şriftin ölçüsü  

Artıq koronovirus epidemiyasının dünyanı cənginə aldığı, dövlətləri və xalqları təhlükəli duruma saldığı danılmaz faktdır. Başımızın üstündə növbəti ölüm kabusu var desək, yanılmarıq. Əslində əvvəldən bu epidemiyayla bağlı məndə heç bir münasibət yaranmırdı. Çində,Vyetnamda, İranda baş verən ölüm halları məni qətiyyən həyəcanlandırmırdı. Axı, yaranışdan beynimizə doldurulub ki, səbəbsiz yerə yarpaq ağacdan düşməz, əgər Allah izn verməsə...

Bu virus Bakıya varid olandan, insan ölümü gerçekləşəndən sonra yenə də qorxmasam da, millətimin, xalqımın səhiyyə sahəsində ümidsizliklərinə görə, həyəcan keçirməyə bilmədim.

Birinci variant

Allaha olan böyük inamımdan irəli gələn bir fikirlə internet üzərindən araşdırma aparmağa başladım: Həzrət Peyğəmbər (s) buyurur: "Üç günahın cəzası Qiyamətə qədər qalmaz və elə bu dünyada cəzalandırılar:

Ata və anaya ağvalideyn olmaq
Qurani-Kərim bizlərə ata və anamıza hörmət və yaxşılıq etməyi həmişə tövsiyə edir. Bu günün cavanları adətən valideynlərinə hörmətdə həmişə səhlənkarlıq edirlər. Bəziləri isə hətta valideynlərinin üzünə durur və onlarla kobud rəftar edirlər. Bəzən suallarına cavab vermir, bəzən də laqeyd şəkildə yanlarından keçib gedirlər. Halbuki, Allah Təala Quranda buyurur ki, valideynə "uf” belə demək olmaz. Rəftarlarımıza diqqət edək və bu işin nə qədər təhlükəli olduğunu dərk edək. 
Bəs ağvalideyn olmaq nədir? Ağvalideyn olmaq onları qəzəbləndirmək, ürəklərini sındırmaqdır, hətta əgər onlardan birinin belə olsa.

insanlara zülm etmək
Ağıl və dinimizin ən çox məzəmmət etdiyi günah – zülmdür. Zalim insan başqalarına zülm etməzdən əvvəl, özünə zülm etmiş olar. Hər kim başqasına yaxşılıq etsə, əslində özünə etmiş olar. "Həqiqətən, zalımlar üçün ağrılı bir əzab vardır”. ("İbrahim” 22). "Həqiqətən zalımlar uzun-uzadı bir müxalifətdə, ədavət içərisindədirlər”. ("Həcc” 53). "Bilin! Allahın lənəti olsun zalımlara!”. ("Hud” 18).

Naşükürlük
Allah nemətə şükür və küfr etməyin savab və cəzasının bəndəyə aid olduğunu vurğulayır. Allah Təala bəndələrini həmişə şükür etməyə dəvət edir və bu dəvəti ona görə deyildir ki, bundan Allaha bir fayda gəlir. Xeyr, Allah istəyir ki, bəndə ayılsın və özünü İlahi rəhmət və fəzilətdən məhrum etməsin. Şükür etmək bəndənin özünə faydalıdır.

"Və kim şükür etsə, öz xeyrinə şükür edər və kim naşükürlük etsə, (bilsin ki,) Rəbbim həqiqətən, onun şükrünə möhtac deyil və kərəm sahibidir”. ("Nəml” 40).

İkinci variant

1-ci müəmma-2008-ci ildə "End of Days” (Günlərin sonu) adı ilə çap edilən kitabda koronavirusdan bəhs edildiyi ortaya çıxıb. 12 il öncə dünyanın sonu ilə bağlı kəhanətlərin yer aldığı kitabda dövrümüzün qorxunc virusundan bəhs edilir.

"2020-ci ildə ağciyərlərə və bronxlara yoluxan və bütün müalicə üsullarını dəf edən yeni bir xəstəlik dünyaya yayılacaq. Xəstəliyi özündən daha təəccüblü edən məqam sürətlə yayıldığı kimi sürətlə yox olmasıdır. 10 il sonra təkrar peyda olacaq və o zaman virus tamamən yox olacaq”, - deyə kitabda yazılır.

Qeyd edək ki, kitabın müəllifi Silviya Brounidir.

2-ci müəmma-İlk bölümü 1989-cu ildə yayımlanan ABŞ cizgi filmi "Simpsonlar”ın ("The Simpsons”) 1993-cü ildə çəkildiyi iddia edilən bir bölümündə koronavirusa aid izlər olduğu ortaya çıxdı.

İddiaya görə film 27 il əvvəl Çində bir virus yayılacağından xəbər verib. Sözügedən bölümdə Simpsonlar ailəsinə Çindən poçt ilə bir paket gəlir və bu paket nəticəsində ABŞ-da keçici xəstəlik yayılır.

Filmin bu kəhanəti sosial mediada da gündəm oldu, tvitterdə bununla bağlı bir çox tvit atıldı.

Qeyd edək ki, "Simpsonlar” cizgi filmi bir çox öncəgörmə iddiaları ilə məşhurdur. Amerikadakı qoşa qüllənin yıxılmasından 5-6 il əvvəl həmin cizgi filmində bu hadisəyə işarələrin olduğu aşkarlandı.

Doğrudanmı, son zamanların şayələrinə görə, koronovirus böyük laboratoriyalarda hazırlanıb? Yaxud, Allahın yolunu azmış insanlara göndərdiyi bir cəzadır? Siz nə düşünürsünüz?

Əntiqə Rəşid


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-26
2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK