13 Iyul 2025 09:29
94
DÜNYA

Suriya-Türkiyə sərhədi 24 saatlıq iş rejiminə KEÇİR

İyulun 14-dən etibarən Suriya və Türkiyə arasındakı bütün sərhəd keçid məntəqələri 24 saatlıq iş rejiminə keçəcək.

Adalet.az xəbər verir ki, bu barədə Suriyanın Dəniz və Quru Limanları Baş İdarəsi məlumat yayıb.

Bildirilib ki, qərar suriyalıların vətənə qayıtmasını asanlaşdırmaq və ən çox yüklənmə saatlarında sərhəd-keçid məntəqələrinin yükünü azaltmaq məqsədilə qəbul edilib.