SON DƏQİQƏ:

Umayra Tağıyeva: Son onilliklərdə Azərbaycanda fevral ayı daha soyuq keçir

  10947   |  
Şriftin ölçüsü  

Keçən əsrin çoxillik iqlim müşahidələrinə görə, yanvar ilin ən soyuq ayı kimi qəbul edilib. Lakin son onilliklərin təhlili göstərir ki, Azərbaycanın əksər ərazilərdə fevral ayı daha soyuq keçir.

Adalet.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, ümumilikdə qış fəslində şaxtalı günlərin sayı azalıb. Yanvar ayına gəldikdə isə 1961-1990-cı illərdə şaxtalı günlərin orta çoxillik sayı 6 gün olduğu halda, 1991-2018-ci illərdə 4 gün olub.

U.Tağıyeva qeyd edib ki, bu ilin yanvar ayının 21 günü ərzində Bakıda şaxtalı hava qeyd edilməyib, orta sutkalıq temperatur isə normadan 1.8 dərəcə, yanvarın 7-də isə 4,3 dərəcə yüksək olub:

"Müqaisə üçün göstərmək olar ki, keçən il temperatur cəmi bir dəfə 0 dərəcədən aşağı enib və ayın 20-də 2 dərəcə şaxta qeydə alınıb. Yanvarın 24-də şimaldan gələn soyuq hava kütləsinin ölkə ərazisinə daxil olması nəticəsində paytaxt sakinləri ilkin proqnozumuza görə bu qış fəslinin ilk qarını müşahidə edə biləcəklər. Belə ki, yanvarın 24-də güclü şimal-qərb küləyi əsəcək. Bakıda və Abşeronda ayın 24-dən 25-i səhərədək havanın yağıntılı keçəcəyi gözlənilir. Arabir intensivləşəcəyi, 24-də axşam, 25-nə keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi ehtimalı var".

U.Tağıyeva bildirib ki, yanvarın 24-də havanın temperaturu ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək, 0-3 dərəcə isti olacaq. Yanvarın 25-dək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, qeyri-sabit keçəcəyi gözlənilir. Aarabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Yanvarın 24-də şimal-qərb küləyi 15-20 m/s, arabir 25-30 m/s-yə çatacaq. Avtomobil yollarında dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30
2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK