SON DƏQİQƏ:

BNA: Kart sistemi ilə bağlı 1500-ə yaxın avtobusda kabelləşmə işləri yekunlaşıb

  13816   |  
Şriftin ölçüsü  

Bakı Nəqliyyat Agentliyi paytaxtda marşrut avtobuslarında kart sisteminin tətbiqi ilə bağlı tədbirləri davam etdirir.

Adalet.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, müntəzəm marşrut xətləri üzrə avtobuslarda gediş haqqının nağdsız formada BakıKartla ödənişinə keçid qarşımızda qoyulan əsas tapşırıqlardandır:

"Vətəndaşlarımıza keyfiyyətli və təhlükəsizlik sərnişindaşıma xidmətinin göstərilməsi baxımından bu olduqca vacibdir. Ötən dövrdə Bakı Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə çox mühüm tədbirlər görülüb. Bu çərçivədə biz hazırda istismarda olan avtobuslarda müəyyən texniki işləri vardı ki, onları yerinə yetirib başa çatdırdıq. İşin ən çətin tərəflərindən biri məhz bu mərhələydi. Çünki avtobuslar gündəlik xətlərdə olur və işlər elə aparıldı ki, gündəlik sərnişindaşımada hər hansı bir axsama olmadı. 1500-ə yaxın avtobusda kabelləşmə işləri tam olaraq yekunlaşıb. Dekabrın 25-dən başlayaraq kabelləşməsi bitən xətlər bir-bir BakıKarta inteqrasiya olunur. Hər bir xəttin inteqrasiyasından əvvəl isə təbii məlumatlandırma aparılır ki, sərnişinlərimiz buna hazır olsunlar. Artıq 27 müntəzəm marşrut xətti üzrə gediş haqqının ödənişi BakıKartla aparılır. Lakin dediyim kimi bu rəqəm qarşıdakı günlərdə dəyişəcək".

Avtobus sayına gəldikdə isə M.Ağayev bildirib ki, artıq istismarda olan avtobusların 600-ə yaxınında gediş haqqı məhz nağdsız qaydada aparılır:

"Sərnişindaşımada göstərilən xidmətin səviyyəsinin artırılması məqsədi ilə eyni zamanda müntəzəm marşrut xətlərinin müsabiqəyə çıxarılması da davam etdirilir. Ötən il dekabrın əvvəlində 5 müntəzəm marşrut xətti üzrə müsabiqə elan olundu. Qarşıdakı günlərdə digər xətlərlə bağlı da müsabiqə elan olunacaq. Bunun özü də nəqliyyat sahəsində aparılan tərkib hissəsidir. Əsas hədəfi sərnişinlərin rahat və təhlükəsiz şəkildə mənzilbaşına çatdırılmasına nail olmaqdır və bu işlər tam hədəfə nail olunanadək davam edtiriləcək. Sərnişindaşıma qaydalarına əməl etməyən, qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməyən daşıyıcılar müvafiq qaydada sərnişindaşımalardan kənarlaşdırılacaqdır. Avtobusların alınması işi də davam olaraq aparılır. Bu məsələ bildiyiniz kimi daim dövlətin diqqətində olan məsələdir. Tələbata uyğun olaraq yeni avtobusların alınması həyata keçiriləcək".


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-30

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK