SON DƏQİQƏ:

Azərbaycan-Rusiya arasında Niyyət Protokolu imzalanıb

  12025   |  
Şriftin ölçüsü  

İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb.

Görüşdə iki ölkə arasında qarşılıqlı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub.

Həmin gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında Niyyət Protokolu imzalanıb. Sənədi Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıblar.

Niyyət Protokolu 20-25 noyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında innovasiyalar və insan kapitalının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə əldə olunmuş razılaşmaların həyata keçirilməsini ehtiva edir.

Sənədə əsasən, tərəflər Protokolun imzalandığı tarixdən üç ay müddətində "Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı"na daxil ediləcək innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafına dair Tədbirlər Planı ("Yol Xəritəsi”) hazırlayacaq.

Tədbirlər Planı innovasiyalar və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq istiqamətində birgə layihələr və tədbirlərin müzakirəsi üçün müvafiq Ekspert İşçi Qrupunun yaradılması, Rusiya Federasiyasının aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq etməklə Azərbaycan Respublikasında İnnovasiya, Elm və Texnologiya Mərkəzinin yaradılması və birgə idarə olunması, həmçinin Müştərək Vençur Fondunun təşkili imkanlarına baxılması və digər məsələləri əhatə edəcək.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-24

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Siyasi tok -şou, aparıcı Elman Nəsirova:

- Elman müəllim, Suveyş və Panama kanalları barədə nə deyə bilərsiniz?

Elman müəllim:

- Vallah bizim televizor o kanalları tutmur.

ARXİV

TƏQVİM

FACEBOOK