Azərbaycanda bir nəfər ayda nə qədər pul xərcləyir? - RƏSMİ RƏQƏMLƏR
Cari ilin yanvar-iyul aylarında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 533,6 manatlıq, o cümlədən 290 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 243,6 manatlıq qeyri-ərzaq malları alıb.
Dövlət Statistika Komitəsindən Adalet.az-a bildirilib ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq, o cümlədən 20 milyard 843,9 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 17 milyard 514,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.
Bu ilin yanvar-iyul aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 50 faizi ərzaq məhsullarının, 4,3 faizi içkilər və tütün məmulatlarının, 12,5 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,1 faizi avtomobil yanacağının, 4,8 faizi elektrik malları və mebellərin, 2,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,4 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 18,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Digər Xəbərlər
08 Sentyabr 2026 15:48
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib
08 Sentyabr 2026 15:32
“İran iqtisadi böhrana yuvarlanır...”
08 Sentyabr 2026 12:43
Yay mövsümündə Azərbaycanın hava məkanında uçuşlar artıb
08 Sentyabr 2026 11:46
Bu şəxslər pensiya ala bilməyəcək
08 Sentyabr 2026 10:22
“İnflyasiya da inkişaf etməkdə olan ölkələrin orta göstəricisi səviyyəsindədir”
07 Sentyabr 2026 20:38
"Azərbaycan və Özbəkistanın birgə layihələr portfeli 5 milyard dolları ötüb"
07 Sentyabr 2026 12:00
Zəngəzur dəhlizinə görə yeni güzəştlər olacaq
07 Sentyabr 2026 09:19


Bakı -°C

