adalet.az header logo
  • Bakı -°C
13 Avqust 2026 16:35
62
ƏDƏBİYYAT
A- A+

EDƏMƏM TƏRK, FÜZULİ... (İkinci yazı)

Əvvəli 15.08.2025-ci il tarixli nömrəsində...

 

Şəfayi-vəsl qədrin hicr ilə bimar olandan sor,

Zülali-zövq şövqün təşneyi-didar olandan sor !

 

(Allah sənə rəhmət eləsin böyük Füzuli !)

 

O, gündən bəri ƏRGÜNƏŞ dağının zirvəsindən burula-burula QARABULAĞ, (FÜZULİ) şəhərinə doğru qopub gələn bulud pənbəsi hələ də, hörümçək toru kimi şəhərin üzərində yuva qurmaqdan ötəri gah bozarır, gah da, qapqara qaralırdı.

Getdikcə böyüyən qaraltı hər tərəfi öz rənginə boyamağı davam edirdi. Bu azmış kimi, şimal-qərbdə KİRS dağının buz bağlamış, qarlı zirvəsindən sovrula - sovrula QARABULAĞA doğru gələn ala - çalpovun şaxtası adamın iliyini dondururdu. Şəhər camaatı qaranlıq çokmüş, qarlı-şaxtalı küçə-bacaya çıxmağa üşənirdi. Hamı biri-birindən sual dolu baxışlarla soruşurdu.

- Axı, bu hava niyə belə qarışıb ?

- Nədən belədir ?

- Xəbərlərdə bu barədə nə deyirlər ?

- Görəsən bunları bilən varmı?..

Hamı müəmmalı-müəmmalı çiyinlərini çəkir, verbal şəkildəəllərilə vəziyyətin müşgül oduğunu göstərirdi. Adamların əhatəsində dayanmış Ramiz birdən dedi, tapdım !

- Nəyi tapdın ? Deyə yanındakılar soruşdu.

- Mən bilirəm, havanın bu vəziyyəti barədə kim bizə ətraflı məlumat verə bilər. Daha doğrusu kim, havanın belə olması barədə mükəmməl bilgiyə malikdir. Hamı bir ağızdan dedi.Kim ?

Ramiz, xəz yaxalı gödəkçəsinin zəncirbəndini bir qədər də yuxarı çəkib ona xüsusi yaraşıq verən qızıl dişlərini biri - birinə sıxaraq, Tembalan dedi.

- Tembalan ?

- Bəli, Tembalan də, bizim Telmanı deyirəm.

Hamı bir ağızdan Ramizin dediklərini təsdiqlədi.

- Hə Telman bilər...

- Ramiz : - bir az əvvəl telofonla danışmışam. Dedi işdən çıxıb bir başa sarayın qarşısına gələjəm. Telman həqiqətən də savadlı və hər sahədə məlumatlı adam idi. Şəhərdə az-az adam olardı ki, Telmanı yəni Tembalanı tanımasın. Onu tanıyan və yaxından bələd olan adamların hamısı ona " ensiklopediya Telman " deyərdi. Söhbətin şirin yerində Telman sözünün üstünə gəlib çıxdı. Hamı Telmana xoş gəldin dedi.

- Telman : çox sağ olun. Xoş gününüz olsun...

- Ramiz : - Telman, qardaş şəhərimizin üzərini qara buludlar çöküb, adamlar təşviş içərsindədir. Bəlkə bunun nə olduğu barədə bizə məlumat verəsən...

Telman gülümsəyərək paltosunun yaxasındakı yarı qırmızı, yarı qaramtıl şərfini səhmana salaraq dedi. Xeyir nə danışırsınız. Yəqin sizin şəhər camaatı arasında baş verən hadisələrdən xəbəriniz

 

yoxdur. İndi mən, bura gələndə gördüm ki, bir neçə ahıl, yaşlı adamlar əlləri gözləri üzərində göydəki " Quyruqlu ulduz " a baxa - baxa qarqış tökürlər.

- " Quyruqlu ulduz ", o, nə olan şeydir elə ?!..

- Telman : - " Quyruqlu ulduz ", " Oort buludu ". Elmi adı Halley Kometi olan " Quyruqlu ulduz " insanlar tərəfindən tanınan ən məhşur göy cismlərindən biridir. Əslində bu ulduz deyil ; o, buz, qaz və toz qarşığından ibarət kiçik kosmik cisimdir. Onlar günəşə yaxınlaşanda əriyir və parlaq quyruq əmələ gətirir. Qədim insanlar " Quyruqlu ulduz " ların görnüşünü Tanrı və digər ilahi qüvvələr tərəfindən onlara göndərilən xəbərdarlıq işarəsi kimi, qəbul edirdilər. Maraqlısı budur ki, bu xəbərdarlıq işarəsi hər zaman mənfi, yəni fəlakət əlaməti olaraq, insanlara bədbəxtlik gətirəcəyni deyərdilər. Bəlkə də elə buna görədir ki, " Fəlakət " sözünün bir çox dildəki qarşılığı Yunan dilində " Pis ulduz " sözündən qaynaqlanır. Qərbi Avropada yaşayan MASSAİLƏR üçün ulduzlar, QITLIQ yaşanacağının əlaməti idi. Cənubdakı ZULULAR isə ulduzu MÜHARİBƏNİN xəbərçisi hesab edirdilər. BALUBALAR isə quyruqlu ulduzun görünməsini LİDERLƏRİNİN öləcəyi kimi yozurdular. Quyruqlu ulduza qədim ÇİNDƏ daha sistemli yanaşma var idi. Hələ Miladdan 1400 il öncə ÇİNDƏ görünən quyruqlu ulduzlar müxtəlif əlamətə görə yozulardı. Məsələn üç quyruqlu ulduz dövlət üçün fəlakət xəbərçisi idi. Dörd quyruqlu ulduz isə YOLXUCU xəstəliklərin baş verəcəyi kimi yozulardı. Aparılan araşdırmalara görə " Quyruqlu ulduz " 76 ildən bir görünür. Sonuncu dəfə 29 aprel 1911-ci ildə görünüb...

Deyilənlərə görə bir də 2061-ci ildə görünəcək.

Qədim insanların adətlərinə görə " Quyruqlu ulduz " gördükdə onu söyüb yamanlayardılar ki, utanıb-çəkinsin, insanlara fəlakət gətirməsin. Həmin anlarda hamilə qadınları bayıra çıxmağa qoymazdılar ki, doğulacaq uşaq quyruqlu olar...

Şəhərin ən hörmətli ziyalı ağsaqqallarından olan Mirzə Bəhmən müəllim, Hacı Ələkbər məsçidində həmyaşıdlar ilə " Şam " namazını yenicə qılıb məsçidin qənşərinə çıxmışdı. Birdən göydəki " Quyruqlu ulduzu " görüb, öz - özünə pıçıldadı...Allah sənə lənət eləsin. Mərdimazar məxluq bu, haradan peyda oldu. Yanındakı ahıl yoldaşları Mirzə Bəhmənin qaralmış havanın buludları arasında görünən ulduza baxa - baxa yamanladığını görüb dedilər.

- Mirzə nə olub belə, nə baş verir ?!

- Mirzə Bəhmən : - mən, bu murdar və mərdimazar məxluqu birinci dəfə görəndə 11 yaşım var idi. Elə onda da bu ulduz beləydi ; iki gözü, haça quyruğu vardı. Görürsüz murdar gözlərilə bizə necə düşmən kimi baxır ?

Mənim yadımdadır, o vaxtlar bu quyruqlu ulduz görünəndə bütün şəhər camaatı çıxıb çolə onu söyüb yamanlayırdılar ki, çəkilib getsin. Yoxsa müharibələr olacaq. Atam Hacı Əsədulla, rəhmətlik tezcənək QURANİ-KƏRİMİ açıb gecədən səhərə qədər dualar oxudu ki, xəta-bəla bizdən sovuşsun.

Sonra müşgül-müşgül, Allah xeyir qismət eləsin deyib, salavat çevirdi.

- O vədə bu zalım ulduz göründüyü gündən, uşaqlığımız da, gəncliyimiz də, müharibələr içərsində keçdi. Bir müddət bu nanəcib erməni daşnakları başımıza bəlalar gətirdi. Az sonra Musavat hökuməti quruldu. " Millətlərə azadlıq, insanlara hürriyət " dedilər. Musavat hökuməti yerini bərkitməmiş boşeviklər gəldi. Bolşeviklərin 1920-ci ildə yeni qurduqları Şura hökumətində baş verən Vətəndaş müharibələri, totalitar rejimin ölkədə yaratdığı qorxu, təlaş, sıxıntı, aclıq, səfalət, represiyalar, tüğyan edirdi. Bütün bunlar azmış kimi, daşnak Mikoyanın fitfas ilə lənətə gəlmiş Stalin camaatımızı dədə - baba yurd yerləri olan, İrəvan, Göyçə, Dərələyəz, Zəngəzur mahallarından qəddarcasına deportasiya etdi. Cəmiyyət arasında adamlar biri-birilə söhbət etməyə çəkinirdi. Nəhayət, 1939-cu ildə II Dünya Müharibəsi başlandı. Sonra bu müharibə Böyük Vətən Müharibəsinə çevrildi. Müharibələrdə kütləvi insan qırğınları, adamların tanımadıqları saxta Vətən uğrunda canını fəda etməsi, yüz minlərlə Azərbaycanlının müharibədən geriyə dönə bilməməsi millətin faciəsi oldu...

İndi də, belə....

Bu fitnəkar quyruqlu ulduz yenə gəldi həyatımıza. Mən, ömrümdə ikinci dəfədir ki, bu lənətə gəlmiş ulduzu görürəm....

Qap-qara bulud pənbəsi, oyalana-oyalana getdikcə böyüyür, qara caynaqlarıilə şəhərin üzərinə çökürdü....

Qəzəblənmiş, hay-haraylı insan kütləsi küçələrdə qarma-qarışıq və idarəolunmaz şəkildə axışırdı. Uşaqdan böyüyə hamı başqalaşmışdı. Elə bil insanların içərisinə quyruqlu iblis girmişdi. Heç kim deyiləni eşitmirdi. Hər kəs elədiyi hərəkətlərdən fərəhlənir, özünü qəhrəman kimi görürdü. Məcrasından çıxmış selə bənzəyən insan axınının qarşısına heç kim ürək edib çıxa bilmirdi. Rayonun sayılıb-seçilən, nüfuzlu müdrikləri belə onlara söz deməyə çəkinirdi ki, eşitməzlər. Sovet əsgərinin , Daxili Qoşun hissələrinin bölmələrindən, ard-arda düzülmüş zirehli texnikaların karvanı sürətlə şəhərin mərkəzinə doğru hərəkət edərək Raykomun qarşısında dayandı. O, dovürdə Rayon Komitəsinin Birinci Katibi vəzifəsini icra edən Tahir Quliyev hərbi hissə komandirini yanına çağırıb tapşırıq verdi ki, dərhal şəxsi heyəti və hərbi texnikaları şəhərdən kənara çıxarsın. Əks halda qəzəblənmiş xalq kütləsi daha da, qıcıqlanacaq. Hərbi hissə komandiri dərhal hərbi karvanı şəhərdən kənara çıxartdı.

Baş verən hadisələri kənardan müşahidə edən Rafiq Çöpçüyanın rəngi sap-sarı saralmışdı. Sarsıntıdan cücəyə dönmüş, pəhləvan cüssəli bu, erməni ünsürü, sarayın orta sütunları arasında yumaq kimi yumrulanıb dizi üstə çökmüşdü. Deyəsən o, hiddətlənmiş insan dalğasını gördükdə qaçmağa çalışıb. Ancaq qorxudan taqətdən düşmüş dizlərini qucaqlayıb tanrıdan imdad diləyirdi. Məni görüb uşaq kimi ürəkləndi və hönkürtüylə ağlamağa başladı.

- Rafiq, sən, burada neyləyirsən, görmürsən vəziyyəti ?..

- Ağa, Seyid Əşrəfin cəddi haqqı, o, qızıllı qurana and olsun ki, sən, bir az da gec gəlsəydin bax, bu bıçaqla boğazımı kəsib özümü öldürəjəydim.

- Sən, nə danşırsan, durduğumuz yerdə bizi xəyanətkar daşnakların toruna salmaq istəyirsən?!

O, için - için ağlaya-ağlaya : - Allahın bir, ucuz ölümü lazımdır ki, məni öldürsün.

Neyləyim, haranın daşını salım başıma. Bu yaşdan sonra mən, hara gedim, kimin qapısını döyüb, deyim ki, gəlmişəm ??

- Sənin yəqin ki, xəbərin var?!

Zəngəzur mahalında sizin terrorçu, daşnak dəstələri orada yaşayan azərbaycanlıların başına olmazın bəlalarını açıblar.

- Ağa, cəddin haqqı yatsam yuxuma da, gəlməzdi ki, belə günlərə gəlib çıxarıq.

- Niyə ki, sən, görmürsən sizin o, daşnak tör-töküntüləri nələr törədirlər ?!

  • Allah onların bəlasını versin. Seyid Əşrəfin cəddinə sidq ürəkdən qurbanlıq qoç demişəm. Allah bu alçaq ermənilərin üzünü qara eləsin. Ağa, sənə qurban olum. Mənə kömək elə buradan gedim. Mən, istəmirəm ki, dünənə qədər bir yerdə qardaş olduğum adamların yanında üzüm qara olsun. Onsuz da hamınızın yanında xəcalətliyəm...Sənə qurban olum, bir maşın tap məni buradan apar. Elə et ki, məni görməsinlər...

Bu zaman, rayonda tanınmış mədəniyyət xadimi Tofiq Zülfüqarovla, sarayın təsərrüfat müdri Ramiz Süleymanov bizə tərəf gəlirdilər...

- Ramiz :- Rafiq, sən, burada neyləyirsən ?!..

- Ay, başı boş erməni, elə indicə səni bir dəstə uşağın əlindən alıb, ara yolu göstərib demədimmi ki, qaç get, səni görməsinlər...

- Tofiq :- eybi yoxdur, narahat olmağına dəyməz. İndi mərkəzdə mitinq başlayıb baş qarışıqdır. Gəl gedək. Səni evə qədər aparararıq...

Rafiq Çöpçüyan hökür-hönkür ağlaya-ağlaya həmyaşıdları olan Tofiq və Ramizlə sarayın arxa qapısına doğru getdilər...

- Rafiq : - Çox sağ ol Ağa, Seyid Əşrəfin cəddi köməyin olsun....

Qəzəbli şəkildə irəliləyən etrazçılar, yumruqlarını havada düyünləyərək, plakat və şüarlarla Hərbi Komissarlığın yoxuşundan, Hacı Ələkbər Məsçidinin meydanından, Rüstəm Əliyev küçəsinin dikindən, Şəlalə restoranının qarşısından, poloklikanın enişindən və İman bağı tərəfdən böyük çılğınlıqla çağrış və şüarlar deyə-deyə rayon Partiya Komitəsinin qarşısına doğru irəliləyirdilər. Şəhəri bürümüş minlərlə insan kütləsi elə coşqunluqla hərəkət edirdi ki, heç kim, onların qarşısını dayandırmağa ürək etmirdi. Gözü qızmış insan kütləsi, " Qarabağ bizimdir, bizim olacaq. ", " Biz ölərik Qarabağı vermərik ! ", " Torpaqdan pay olmaz ! ", " Qa-ra-bağ !", " Qa-ra-bağ !"

Hiddətlənmiş etirazçılar kütləsi tribunanın qarşısında acıqlı şəkildə ucadan şüarlar deyir, qışqırırdılar !

Birinci katibin vəzifələrini icra edən, Tahir Quliyev tribunaya qalxdı. O, mərkəzə bərkidilmiş mikrafona yaxınlaşıb, sakit təbiətilə etrazçılar dalğasına dərindən nəzər yetirib, təmkinli şəkildə çıxışa başladı : Əziz və hörmətli Füzuli camaatı !

Bacılar və qardaşlar !

Milli həmrəyliyin nümunəsi olan, ləyaqətli və təəsübkeş Vətən övladları !

Mən, bu gün, dədə-baba torpağımız olan, qədim QARABAĞIMIZA göz dikmiş dırnağarası qonşularımızın separatçı əməllərinə qarşı etiraz əlaməti olaraq sizin keçirdiyiniz bu etraz, toplanışını ürəkdən alqışlayır və uğurlayıram ! Etrazçılar arasında böyük uğultu və alqış sədaları yüksəldi.

Tahir Quliyev, yumruğunu düyünləyib havaya qaldıraraq, dedi : QARABAĞ bizim dədə-baba torpağımızdır. Biz onu heç kimə verməmişik və heç bir zaman verməyəcəyik. Heç kim QARABAĞI bizdən ala bilməz. Əgər, kimsə bu gün, burada yaşamaq istəmirsə gedə bilər. ( yelərdən alqış sədaları eşidilir )

Dəyərli qardaş və bacılar !

Biz bu gün, rayonumuzun əhalisi adından Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş Katibi M.S.Qorbaçov yoldaşa müraciət ünvanlamışıq !

Müraciətin məzmununda göstərlir ki, xəyanətkar ermənilərin Azərbaycan xalqının dədə-baba torpaqlarına qarşı qaldırmış olduğu iddiaları XX əsrdə bir neçə dəfə baş vermişdi. Lakin heç bir tarixi və hüququ əsası olmayan bu iddialara sərt və kəsgin rədd cavabı verilmişdir. ( etrazçılar tərəfindən alqış sədaları səslənir.) Tahir Quliyevin tribunada çıxışı zaman tanımadığım bir neçə nəfər, şəhərdə hamının Fili kimi tanıdığı, Fridovsi adlı şəxsə nəyisə öyrədirdilər. Firdovsi isə onların qarşısında əyri-çəp dişlərini ağarda-ağarda canfəşanlıq edirdi. ( Firdovsi rayonun təmizlik idarəsinin fəhləsi idi. ) Sonra Firdovsi ona təlimat verən adamların yanından birbaşa qaçaraq tribunaya qalxdı.

O, Raykom Katibi Tahir Quliyevə yaxınlaşıb qarşısındakı mikrafonu götürüb sözünü kəsdi.

- Firdovsi : - Tahir müəllim sən, hələ dayan! Biz, sənə sonra söz verərik....( camaat arasında təəsüf doğuran kinayəli gülüş səsləri eşidildi. )

Etrazçılar arasınsa bəziləri fit verir, kimlərsə FİLİ-FİLİ-FİLİ... deyərək qışqırırdılar. Adama qəribə gəlirdi. Necə ola bilər ki, zamanında gecə ilə, insanları evindən səs-səmirsiz yoxa çıxaran Sovet dövləti, yəni bu qədər aciz olub ki, təmizlik idarəsində süpürgəçi işləyən Firdovsi rayon rəhbərinin sözünü kəsir ?!..

Rayonda daxili asaişi qoruyan milis, prokurorluq orqanları göz yumur, dövlət təhlükəsizlik xidməti susur...

Niyə ?!.

Bu mümkündürmü ?!..

Mən, bunlara inanmıram. Çünki, dünyanın ən böyük və qüdrətli ordusuna sahib olan Sovet dövlət yəni, bu qədər zəifləyib ?!

Qədim və orta əsrlərə dair tarixdən xəbəri olan biri kimi mən, bu siyasi oyunlara ilk gündən qətiyyən inanmıram...

Bəli, yüz illərdir Azərbaycanda millət, torpaq, Vətən təəsübkeşliyi ruhunda yoğrulmuş, on minlərlə yüksək siyasi mədəniyyətə yiyələnmiş, böyük talant sahibi olan, istedadlı, maarifçi ziyalılarımızı, elm və mədəniyyət xadimlərini millətçi damğası ilə represiyalara məruz qoyublar. İndi isə görünür, imperialist qüvvələr öz ictimai-siyasi idarəçilik mexanizmini daha da, gücləndirmək məqsədilə yeni forma və metodlar axtarışındadırlar. Bəli, indi bizə bəlli oldu ki, bu yeni mexanizmin hazırlanmasında Firdovsi kimiləri onlar üçün, ucuz və səmərəli oyuncaqdır.

Raykom katibi Tahir Quliyev, süpürgəçi Firdovsinin rayon ictimaiyətinin gözləri qarşısında etdiyi qeyri-etik və ədəbsiz hərəkətlərə olduqca səbr və təmkin göstərib onu, tribunadan endirmək istəyən milis zabitlərinə, toxunmamaq barədə göstəriş verdi. Etrazçılar arasından hələ də, FİLİ - FİLİ - FİLİ...səsləri eşidilməkdə idi...

Süpürgəçi Firdovsinin nalayiq hərəkətlərini görən rayon icraiyyə komitəsinin sədr müvini Seyid Tahir Hüseynov dərhal ona yaxınlaşıb məzəmmət edici şəkildə mikrafonu əlindən aldı:

- Sən, bu nə ədəbsizlikdir edirsən ?

Bu izdihamın qarşısında söz demək sənin başın üçün deyil. Kim sənə icazə verdi ki, bura çıxasan...

Deməyə söz tapa bilməyən Firdovsi əyri və çəpəki görünən dişlərini ağardaraq qımışdı...

Seyid Tahirin atası, rəhmətlik Seyid Səyyad əmini nəinki Füzulidə, respublikanın çox yerlərində hörmətli, inanclı, ziyalı və sınanmış seyid kim tanıyırdılar. O, həm də, elim-irfan və şeir-sənət adamı idi. Allah dünyasını dəyişmiş bütün müdrik ağsaqqallarımıza rəhmət eləsin. Amin..

Tanınmış ağsaqqal, Seyid Səyyad əminin oğlanları da özü kimi camaat arasında hörmət və nüfuz sahibləridir. Təsadüfü deyil ki, Seyid Tahir Hüseynovun bu gün, süpürgəçi Firdovsini məzəmmət etməsini hamı təbii hal kimi qarşıladı. Həmçinin paytaxt Bakıdan qonaq gəlmiş, əslən Füzuli rayonundan olan, tanınmış yazıçılar Nemət Veysəlli və Seyran Səxavət tribunada yaranmış gərginliyin sabitləşdirilməsi məqsədilə vəziyyətə müdaxilə etdilər. Mitinq iştrakçıları bu məhşurları alqışlarla salamladılar...

- Seyid Tahir :- əziz və hörmətli yoldaşlar !

Mən, fürsətdən istifadə edib çıxış üçün sözü həmyerlimiz Seyran Səxavətə verirəm.

Yazıçı Seyran Səxavət acıqlı-acıqlı Firdovsiyə baxaraq, tribunadan aşağı enməyi tələb etdi. Etrazçılar Seyran Səxavətin sərt və qətiyyətli davranışını görüb susdular. Camaat arasında tam sakitlik yaranmışdı. Hamı onun nə edəcəyini gözləyirdi.

Seyran Səxavət : - dəyərli Füzuli camaatı, əziz həmvətənlər !..

Hər birinizi xoş gördük !

Mən, bu gün, sizlərin arasında olan, həmrəyliyi, təəsübkeşliyi, Vətənə, torpağa bağlılığı, Vətən və millət sevgisini görüb çox sevindim. ( yerlərdən alqış sədaları eşidildi. ) O, əlini yuxarı qaldıraraq dedi : - bir dəqiqə ! Mən, xahiş edirəm, çıxışımı bitrənə qədər heç kim mənə mane olmasın. Mənim heç vaxt yersiz alqışlara ehtiyacım olmayıb və yoxdur. Siz məni sakitcə dinləyin, bu mənim bəsimdir.

Hamı bir nəfər kimi susurdu. Elə bil ki, sabahdan bəri küçələrdə qəzəbli, üsyankar əməllər törədən izdiham yoxa çıxmışdı.

- Hamınız çox yaxşı bilirsiniz ki, separatçı erməni daşnakları və lobbi bizim qədim dədə-baba yurd yerlərimizi, QARABAĞ torpağının Ermənistana birləşdirilməsi haqqında SSRİ rəhbərliyi qarşısında tələb qoyublar. Ancaq bu o, demək deyil ki, artıq QARABAĞI veriblər gedib. Ümumiyyətlə bizim yaşadığımız son yüz illikdə bununla bağlı erməni lobbisi dəfələrlə məsələ qaldırmış, lakin, hər dəfə də, uğursuzluğa düçar olmuşdular. Mən, əminliklə deyirəm ki, bu yenə də belə olajaq. Əziz həmvətənlər !

Bu gün, sizin erməni seperatçı qüvvələrinə qarşı etdiyiniz etraz mitinqi təqdirə layiqdir. Ancaq, sizin nəzərinizə bir məsələni çatdırmaq istəyirəm. Məlumunuz olsun ki, QARABAĞIN Ermənistana veriləcəyi və yaxud, verilməyəcəyi barədə qərarı Tahir Quliyev yox, M.S. Qorbaçov verir. Əgər, onun da, belə bir qərarı verməyə qeyrəti çatarsa. Mən, sizi inandırıram ki, heç kim cəsarət edib belə bir qərar verə bilməyəjək. Yoldaşlar, nəzərinizə çatdırım ki, belə qərarlar bu binada yox, Kremildə verilir. Ona görə də gəlin təmkinli və səbrli davranaq. Biri-birimizə, böyüklərimizə hörmətlə yanaşaq. Bu gün, FİLİDİR kimdir, onun hərəkətləri mənə xoş gəlmədi.. Gəlin elə edək ki, sabah üz-üzə gələndə utanmayaq. QARABAĞ bizimdir, bizimdə olajaq !.

Eşq olsun, Azərbaycanın təəsübkeş övladlarına !..

Etrazçılar arasında sürəkli alqışlar qopdu. Seyran müəllimi böyük hərarətlə alqışladılar.

İzdihamın arasında dayanan Ramiz Süleymanov çəpik vura-vura ucadan deyirdi. Görürsünüz, mənim qonşum necə çıxış elədi. Qadasın alım elə bil Lelindi !.

Sağ ol, ay qonşu, sağ ol !

Allah qorusun səni !

Bəli, əsil sənətkar odur ki, öz yaradıcılığında yaşadığı dövrə, zamana hökm etməyi bacarsın. Əgər, bunlar yoxdursa, ona yaradıcılıq demək olmaz !..

 

Ardı var....

Polkovnik Mirqiyas Seyidsoylu