"Qarabağ" "Dinamo"nu məğlub edərək pley-offa yüksəldi - YENİLƏNİB
"Qarabağ" UEFA Konfrans Liqasında pley-offa yüksəlib.
Adalet.az bir xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan görüş Azərbaycan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları 12-ci dəqiqədə Jali Muaddib və 69-cu dəqiqədə Aleksey Kaşuk vurub.
Ümumi hesabda rəqibini 2:1 üstələyən "Qarabağ" adını pley-offa yazdırıb.
Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasının pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib - 6:0.
*** 21:08
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda ikinci hissə başlayıb.
Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi hesabda öndədir - 1:0.
12-ci dəqiqədə Jali Muaddib fərqlənib.
20:50
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin "Qarabağ" - "Dinamo" (Kiyev, Ukrayna) oyununda ilk hissə başa çatıb.
Adalet.az-ın məlumatına görə, Azərbaycan təmsilçisi fasiləyə öndə yollanıb - 1:0
12-ci dəqiqədə Jali Muaddib fərqlənib.
*** 20:08
UEFA Konfrans Liqası çərçivəsində Bakıda “Qarabağ” və Ukraynanın “Dinamo” (Kiyev) komandaları arasında III təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Adalet.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşma saat 20:00-da start götürüb.
Görüşü ingiltərəli baş hakim Stüart Etuel idarə edir.
Qeyd edək ki, komandalar arasında ilk oyun rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
*** 18:58
UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda üz-üzə gələcək Azərbaycanın “Qarabağ” və Ukraynanın “Dinamo” (Kiyev) komandalarının start heyətləri açıqlanıb.
Adalet.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 20:00-da start götürəcək matçda komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
"Qarabağ": 23. Martin Zlomisliç, 44. Elvin Cəfərquliyev, 4. Bense Varkonyi, 55. Bədavi Hüseynov, 2. Mateus Silva, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 10. Abdullah Zubir, 21. Aleksey Kaşuk, 7. Jali Muaddib, 20. Kadi Borges;
Baş məşqçi: Qurban Qurbanov.
“Dinamo”: 71. Vyaçeslav Surkis, 5. Aleksey Siç, 40. Kristian Bilovar, 44. Vladislav Dubinçak, 32. Taras Mixavko, 6. Vladimir Brajko, 21. Castin Lonveyk, 15. Valentin Rubçinski, 39. Eduardo Gerreyro, 70. Boqdan Reduşko, 11. Matvey Ponomaryonko;
Baş məşqçi: İqor Kostyuk.
Qeyd edək ki, komandalar arasında Polşanın Lublin şəhərində keçirilmiş ilk oyunda “Qarabağ” “Dinamo”ya 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi pley-off mərhələsində “Tvente” (Niderland) – “Dunayska Streda” (Slovakiya) duelinin güclüsü ilə qarşılaşacaq. Niderland klubu ilk görüşdə rəqibini darmadağın edib - 6:0.
Digər Xəbərlər
13 Avqust 2026 17:42
Messi: “Ayaqlarımda daha güc qalmayıb"
13 Avqust 2026 16:11
“Real” və “Barselona”İstanbulda oynayacaq
13 Avqust 2026 16:08
"Qarabağ"- "Dinamo Kiyev" oyunundan əvvəl fan zona təşkil olunacaq
13 Avqust 2026 13:47
“Neftçi”dən ayrılan futbolçu Tunis klubu ilə müqavilə imzaladı
13 Avqust 2026 10:53
Türkiyə millisinin hücumçusu İspaniyaya qayıdır
13 Avqust 2026 10:46
"Qarabağ" bu gün "Dinamo" ilə cavab matçına çıxır
13 Avqust 2026 09:10
PSJ ardıcıl 2-ci dəfə UEFA Superkubokunun qalibi oldu
12 Avqust 2026 13:55


Bakı -°C

