Kolleclərə qəbulun nəticələri elan olundu
Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün keçirilmiş müsabiqənin nəticələri elan edilib.
Adalet.az xəbər verir ki, bununla bağlı Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Abituriyentlər müsabiqə nəticələri ilə buradan tanış ola bilərlər.
Onlar müsabiqənin nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
Müsabiqənin nəticələri haqqında statistik məlumatlar aşağıdakı cədvəldə təqdim olunur:
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat:
.png)
Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında məlumat:
.png)
Qəbul olunanlar orta ixtisas təhsili müəssisələri üzrə qeydiyyatlarını yalnız my.gov.az portalı üzərindən həyata keçirirlər.
Bunun üçün Elm və Təhsil Nazirliyinin müvafiq xidməti “mygov” platformasında istifadəyə verilib.
Qeydiyyat 19 avqust saat 15:00-dan 31 avqust saat 18:00-dək davam edəcək.
Qəbul olunan şəxslər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın “Xidmətlər” bölməsinin “Qurumlar” kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı” xidmətinə keçid etməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.
Digər Xəbərlər
13 Avqust 2026 13:46
Bəzi ixtisaslarda ballar arta bilər - DİM sədri açıqladı
13 Avqust 2026 10:45
Yeni tədris ilinin məktəbli formalarının qiymətləri açıqlandı
13 Avqust 2026 10:22
İxtisas seçimi başlayır...
12 Avqust 2026 15:52
İndiki 150 bal, əvvəlki "2 " deməkdir
12 Avqust 2026 13:23
Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparır
12 Avqust 2026 11:41
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
12 Avqust 2026 09:56
Universitetlərə ixtisas seçimi başladı
11 Avqust 2026 20:06


Bakı -°C

