SON DƏQİQƏ:

Zəlzələdən ziyan çəkən sakinlərə tikilən evlərin sayı açıqlandı

  9095   |  
Şriftin ölçüsü  

Zəlzələ nəticəsidə evsiz qalan əhali üçün tikiləməsi nəzərdə tutulan 580 fərdi yaşayış evindən 453-ü artıq sakinlərə təhvil verilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsinə ezam olunan nümayəndəsi Həsən Qasımzadə "Real” TV-yə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, fevral ayında baş verən zəlzələ nəticəsində evsiz qalan sakinlər üçün 10 ay ərzində fərdi yaşayış mənzilləri tikilib:

"Bildiyiniz kimi, fevralın 5-də Şamaxı, Ağsu və İsmayıllı rayonunda zəlzələ baş verib. Cənab prezident zəlzələnin yaratdığı fəsadların dərhal aradan qaldırılması ilə bağlı tapşırıqlar verib.

Həmin tapşırıqlar əsasında hər üç rayona mütəxəssislərimiz ezam olunub və görülən işlərə birbaşa nəzarət edilib. Bu günə kimi komissiyamız evlərinə ziyan dəyən ailələrlə görüşüb, dəymiş ziyan hesablanıb.

Ümumilikdə komissiyanın fəaliyyəti dövründə vətəndaşlar tərəfindən 10 min 650 müraciət daxil olub. Onlardan 10 min 609 ünvana baxış keçirilib və aktlaşdırılıb. Komissiyanın rəyinə əsasən, 709 evin kəskin qəzalı, 2886 evin bərpaya ehtiyacı olduğu, 4825 evdə isə təmir işlərinin zəruri olduğu qeydə alınıb.

Region üzrə 580 fərdi evin tikintisinə başlanılıb və 453 fərdi yaşayış evi tikilərək vətəndaşların istifadəsinə verilib. Hazırda 127 fərdi evdə son tamamlanma işləri gedir ki,ilin sonuna qədər o evlər də vətəndaşların istifadəsinə veriləcək.

Tikintisinə mart ayının 7-də başlanılan dördmərtəbəli 44 yaşayış mənzili olan binada işlər 6-7 ay ərzində başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Ötən gün ölkə başçısı binanın açılışında iştirak edib.

Bina artıq hazırdır. Bir ailə artıq binaya köçüb, digər 43 ailənin də mənzillərə köçməsi təmin ediləcək. Şamaxı rayonunda bundan başqa beşmərtəbəli, 20 mənzilli yaşayış binası da artıq istifadəyə hazır vəziyyətdədir. Hazırda 110 mənzilli beşmərtəbəli binanın tikintisi isə davam edirilir”.

FHN rəsmisi onu da əlavə edib ki, fərdi yaşayış evlərinin tikintisi yalnız Şamaxıda deyil, zəlzələdən ziyan görmüş Ağsu və İsmayıllı rayonlarında da aparılır.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-29

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Erməni  Aşotla  gürcü Vano almanlardan  qaçıb gizlənirlər.  Hərəsi  bir quyuya girir.  Almanlar  Aşotu  tapırlar,  əsir  götürüb  aparırlar.  Aşot  Vanonun  gizləndiyi   quyunun  yanından keçəndə  deyir:

- Vano, çıx, bizi tapdılar.

ARXİV

TƏQVİM

FACEBOOK