adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
30 Noyabr 2019 10:55
96556
MÜSAHİBƏ
A- A+

Xaricdə olanda bu cür adamı məyus edən hallarla qarşılaşırıq - MÜSAHİBƏ

Son illər xaricdə təhsil alan gənclərimizin sayı sürətlə artır. Bu həm ölkəmizin inkişafı, həm də xaricdə təmsil olunması üçün gözəl imkandır.

Xaricdə təhsil alan və bizi orada0 təmsil edənlərdən biri də Bünyamin Kazımovdur. O, Polşanın Varşava Milli Universitetinin Mədəni Diplomatiya ixtisası üzrə magistratura pilləsində təhsil alır.

- Orada azərbaycanlı tələbə çoxdu?

- Bəli. Çoxu ilə də tanışıq, universitetdən, konsulluqdan. Təhsilini bitirib orada qalanlar da var. Digər Avropa ölkələrində, İsveçdə, Norveçdə həyatını quran dostlarım da var. Əksəriyyəti də savadlı və vətənpərvər gənclərdi.

- Niyə Polşanı seçdin?

- Mənim bu ölkə ilə bağlılığım 2010-cu ildən başlayıb. O vaxt Polşanın bizdəki səfiri Mixael Labenda ilə yaxşı münasibətim var idi. O da bizim mədəniyyətimiz, ədəbiyyatımız ilə yaxından maraqlanırdı. Onun sayəsində Polşaya olan marağım artdı. Qardaşım Ramal Kazımov da Belçikanın Antverpen şəhərində rəssamlıq akademiyasında təhsil alır, həəmçinin İtaliyanın Milan şəhərində də rəssamlıq üzrə 6 ay təhsil alıb. Atverpen və Brüsseldə "Nəsillərin faciəsi” adlı rəsm sərgisi baş tutub, ermənilərin bizə qarşı törətdiyi qətliamlarla bağlı.

- Ora ilə bağlı nə kimi planların var?

- Tibb üzrə təhsil almaq fikrim var. Bunun üçün çalışacam, o fürsətim də var. Həmçinin Diasporamızın fəaliyyətində də yaxından iştirak edirəm və bu fəaliyyətimi daha da gücləndirmək istəyirəm.

- Orada fərqli millətlərdən olan adamlar görürsən. Müşahidələrin sənə nə göstərir?

- Müşahidələrim fərqli millətlərin üzvləri arasındakı rəqabəti göstərir. Ən çox da münaqişəsi olan millətlərin biri-birilərinin səfirlikləri qarşısında mübarizələrini görürəm. Başqa ölkədə olanda insanda istər-istəməz vətənpərvərlik, dövlətçilik hissi daha da qabarıqlaşır, lap kosmopolit olsan belə. Çünki adama toxunan, təsir edən məqamlar daha çox olur və haqlı olduğunu bildiyin üçün mübarizə aparırsan.

- Ermənilərin də orda nəsə propoqandaları olur yəqin.

- Hə, olur. Elə bu yaxınlarda Polşanın Qdansk şəhərində ermənilər kinoteatrlarda bir film nümayiş etdilə. Film Qarabağın ermənilərə aid olması ilə bağlı idi. Biz o filmin Varşavada nümayiş olunmaması üçün düz 10 gün soyuqda, yağış altında Ermənistanın Varşavadakı səfirliyi qarşısında etiraz aksiyası keçirdik. Amma düşünürəm ki, biz mübarizəmizi bu formada aparmamalıyıq. Bizim çox yaxşı yazıçılarımız var, Qarabağ həqiqətlərini əks etdirən gözəl əsərlərimiz var və biz o möhtəşəm əsərləri Avropaya, dünyaya təqdim etməyi bacarmalıyıq. Bunun üçün də tərcümə işində daha fəal olmalıyıq, həmçinin yazıçılarımız öz dilimizdən başqa, dünyanın önəmli dillərindən heç olmasa birində yazmağı bacarmalıdır. Moya, Orhan Pamuk buna ən gözəl nümunələrdəndi.

- Orada digər millətlərin nümayəndələrinin sizə olan münasibəti necədir? Qarabağ münaqişəsinə münasibətləri necədir? Ümumiyyətlə, belə bir problemin olmağından nə qədər agahdılar?

- Orada gənc nəsil bu məsələ ilə bağlı demək olar heç məlumatlı deyillər. Hətta ölkəmizin yerləşdiyi yerlə bağlı da düz-əməlli məlumatları yoxdu. Bizim hələ də Rusiyanın tərkibində olduğumuzu düşünənlər də var, amma savadlı kontinqent də var. Qarabağ münaqişəsində isə daha çox ermənilərə güvənən kimi görünürlər və bunun dinlə bağlı olduğunu düşünürəm. Onlar xristiandı, biz müsəlmanıq, amma biz də onlara heç bir məsələdə radikal olmadığımızı, əksinə çox tolerant olduğumuzu, bütün dinlərin nümayəndələri bizim ölkədə rahat yaşayırlar. Onlara Qarabağ münaqişəsində haqlı olduğumuzu sübut etmək üçün keçmiş xəritələri onlara göstərirəm. Göstərirəm ki, istər çar Rusiyasının, istər Sovet dövrünün xəritələrində bu torpaqların bizə məxsus olduğu göstərilib. O yerlərdəki ərazi adlarının, toponimlərin də ermənilərin yox, bizim dilimizlə bağlı olduğunu sübut edirəm.

- Orada ermənilərlə dostluq edən azərbaycanlılar var?

- Xaricdə olanda bu cür adamı məyus edən hallarla qarşılaşırıq, bəli. Elə həmvətənlilərimiz var ki, ermənilərlə birgə işlər görürlər, onlar üçün qazandıqları pul hər şeydən vacibdir. Buna görə Mübariz Mənsimova böyük hörmətim var. Çünki o özü də deyir ki, dəfələrlə daha çox gəlirli olsa da ermənilərlə işləməkdən imtina edib və buna görə milyonlarla pul itirib. Başqa belə adamlarımız da var, amma maddi maraqları daha üstün tutanlar adamda təəssüf hissi doğurur.

- Səncə Avropa insanı ilə bizim aramızda nə kimi fərqlər var. Onların nə müsbət, nə mənfi keyfiyyətləri var?

- Gənc nəsil çox gözəldi, anlayışlıdı, mədənidi. Bu proses də düşünürəm ki, bütün ölkələrdə gedir. Yəqin indi bütün ölkələrdə normal gənclər biri-birinə bənzəyir, daha mədəni, daha tolerant, daha anlayışlı.


Söhbətləşdi: Ulucay Akif