SON DƏQİQƏ:

AQİL ABBAS: YETİMİN PAPAĞINI QAYTARIB VERƏSİ OLMADILAR

  11494   |  
Şriftin ölçüsü  

Deməli belə. Yetimin papağını götürüb qaçırlar, sonra qaytarıb verib sevindirirlər. 2006-cı ildə yetimin papağını götürüb qaçdılar. Neçə ildi yetim gözləyir ki, papağını qaytarıb verəcəklər, o da sevinəcək.

Nəhayət, bu günlərdə baş nazirin müavini hörmətli Əli Əhmədov, eləcə də YAP-ın icra katibinin müavini və Parlamentin komitə sədri hörmətli Siyavuş Novruzov açıqlama verdilər ki, yetimin papağını qaytarıb verəcəklər. Yetimlər də sevindiklərindən atılıb-düşürdülər. Amma bu sevinc uzun sürmədi. Məlum oldu ki, yetimin papağını qaytarıb verməyəcəklər.

Yəqin ki, söhbətin «uşaq pulu»ndan getdiyini tutdunuz. Deyirlər ki, kasıb əliaçıq olur. Amma varlandıqca tək kasıb yox, kim olur-olsun əli bərkiyir, daha çox varlanmaq istəyir. Varlanır, varlanır, daha sonda…

Görkəmli yazıçı İsi Məlikzadənin «Quyu» povestində belə bir yer var. Yazır ki, Allaha bir adam lazım olur, xoşniyyətli. Əlini atıb yerdən birini götürür, qaldırır göyə. O, qalxdıqca camaat da deyir ki, kişi gör haralara qalxıb. Köks ötürürlər və sair və ilaxır.

Allah həmin adamı qaldırır, qaldırır, çatdırır özünə, çevirib bir sifətinə baxır, görür istədiyi adam deyil, qaytarıb çırpır yerə.

… Necə ki indi qaytarıb çırpırlar yerə. Və elə o çırpınanlar haqda da hörmətli Siyavuş Novruzov çox ciddi ittihamlar irəli sürüb. Artıq bu ittihamları araşdırmaq hüquq-mühafizə orqanlarının işidi. Təbii ki gücləri çatsa.

… Qayıdaq öz «uşaq pulu»muza. XX əsrin axırı XXI əsrin əvvəllərində Azərbaycanın indiki kimi qüdrətli bir iqtisadiyyatı yox idi, yavaş-yavaş özünü tuturdu. Və indi hər bir baxımdan – istərsə iqtisadi, istərsə hərbi, istərsə də siyasi cəhətdən qüdrətli bir dövlətə çevrilib. Dünyada söz sahibinə çevrilib. Büdcəmiz 25 milyard manata qədərdi. Neft Fondunda 40 milyard dollardan artıq pulumuz var.

Necə olur ki, Azərbaycan «kasıb» vaxtında «uşaq pulu» verə bilirdi, indi milyarder vaxtında «uşaq pulu» vermək problemə çevrilib?

Doğrudanmı dövlət də insan kimi varlandıqca xəsisləşir?

Hər halda inanıram ki, Dövlət baba bu məsələyə bir əl gəzdirəcək.

P.S. Hardasa oxudum ki, Qazaxıstanda «uşaq pulu» uşaq başına bizim pulla 200 manatdı. Gərək ki, Qazaxıstanda yaşayan, amma özü Qazaxıstan vətəndaşı olmayan dörd uşaq anası sosial şəbəkədə belə bir status paylaşmışdı.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-09-26
2020-09-25

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 1 03 5, 6, 10, 12, 15, 17, 19, 22,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Ramiz Mehdiyev istefa versin?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Ermənilərin etnopsixologiyasına dair lətifə: İkinci Dünya müharibəsi. Erməni və gürcü mühasirəyə düşürlər. Gürcü su quyusunda gizlənir. Erməni isə ağaca çıxır. Almanlar ermənini görüb əsir götürürlər. Əl-qolunu bağlayıb özləri ilə aparırlar. Su quyusunun yanına çatanda erməni ayaq saxlayır. Quyuya yaxınlaşıb qışqırır: "Valiko, çıx ordan, bizi tapdılar".

ARXİV

TƏQVİM

FACEBOOK