SON DƏQİQƏ:

Əbülfət MƏDƏTOĞLU: GÜNAHSIZLIQ ARZUSU

  28373   |  
Şriftin ölçüsü  

Mənim bildiyimə, oxuduğuma və eşitdiyimə görə ən böyük ədalət Allaha məxsusdur. Üstəlik, bildiyimə, oxuduğuma və eşitdiyimə və həm də şahid olduğuma görə, Yer üzündə bütün ədalətsizlikləri insan gerçəkləşdirir. Yəni nəyə and içsələr də inana bilmərəm ki, bu dünyada, xüsusilə Azərbaycan adlı məmləkətdə yüz faiz ədalətli insan var – suyu da üfürüb içir... otu da tapdamır... gülü də sadəcə, budağından üzmədən qoxlayır... qarışqanı görəndə yanından keçir... kimində çiyninə toxunmur... kimnisə ayağını tapdamır... kiminsə çörəyinə problem yaratmır... kiminsə işığının qarşısını kəsmir... kimisə yıxıldığı yerdən qaldırır və s. və ilaxır. Bax, bütün bunlar toplum halında bir adamda ola bilməz. Kim istəyir inansın, kim də istəyir inanmasın. Şəxsən mən inanmıram və şəxsən mən özümü yüz faiz ədalətli insan saymıram. Təbii ki, bunun da səbəbi digər insanın mənə münasibətidi. Haqqım tapdandıqca mən də etiraz edirəm, mən də etirazımla kiminsə haqqını tapdayıram. Deməli, insan olan kəs yüzə-yüz ədalət söhbəti edə bilməz.

Bax, mən də həmin o dediyim məqamı nəzərə alıb birmənalı şəkildə vurğulayıram ki, evdən, ailədən tutmuş kollektivə qədər heç bir yerdə ədalət söhbəti gedə bilməz. Çünki adamlar təkcə öz sifətləri ilə yox, həm də başqa sifətlərlə yaşayırlar. Ona görə də həmin sifətlər gec-tez üzə çıxır. Və deməli, ədalət də onda aşkarlanır. Hər kəs beləcə, öz ədalətinin qurbanına çevrilir, acınacaqlı duruma düşür. Həmin məqamda göz yaşı da, alqış da, qarğış da köməyə çatmır. Axı quyunu özün qazmısan. Nə isə...

Bəli, mən bu yazını başqa bir ovqatla, başqa bir həvəslə yazmaq, başqa notlara toxunmaq istəyirdim. Amma "tək səbr” imkan vermədi. Həmin o "tək səbr” də qan qaraldıcı oldu, əsəblərimə toxundu. Anladım ki, saman altından su yeridənlər, qarışqanı sapa dırmaşdıranlar elə bilirlər ki, hamısan ağıllıdılar. Və onların gördükləri etdikləri guya heç kimin nə haqqına basqı deyil, nə də kiminsə anlayacağı bir məsələ sayıla bilməz. Çox yanlış yanaşmadı. Müdriklərin dediklərinə görə, ağıllı o adamdı ki, qarşısındakını ağıllı sayır. Ona münasibətdə özünü, gücünü nümayiş etdirmir. Axı hər bir insan həm də qapalı bir varlıqdı. Onun içərisində, bədənində nələr var, hansı güc var, arxasında kim, nə dayanır, onu öncədən bilmək mümkün deyil. Zəif hesab etdiyin birisi səni sözüylə, hərəkətiylə, ortaya qoyduğu məntiqlə, arxasında dayanan güclə elə bir duruma salar ki, heç kim köməyinə, dadına çata bilməz. Ona görə də nə qarışqanı fil etmək lazımdı, nə fili qarşıqa. Hər kəsi öz adında, öz donunda görmək daha dürüst qərardı. Bax, bu mənada sosial həyatın mənəvi həyatla qarşılaşdırılması, maddiyyatla, mənəviyyatın üz-üzə qoyulması ümumiyyətlə, yolverilməzdi. Axı insanın ən üstün cəhəti onun mənəviyyat sahibi olmasıdı. Çox təəssüf ki, bunu tez-tez unuduruq və nəticədə də bitib-tükənməyən problemlər, söz-söhbətlər qarşılıqlı etimatsızlıqlar yaranır. Təəssüf...

Hə, mən öz həyatımı, öz yaşamımı kimsədən üstün və xüsusi imtiyazlı saymıram. Allahın verdiyi ömrü özümün, dostların, doğmaların yardımı, dəstəyi ilə yaratdığı müəyyən şərait mənə ayaqda qalmağa köməklik edir. Bu da o deməkdir ki, mən iki əllə bir başı təkcə idarə etmirəm, həm də onun maddi tələbatını az-çox ödəyirəm. Lakin haqqıma əl uzadılanda, mənim olması labüd olan haqqın özünə, cibinə əl uzadılanda onda sarsılıram, onda özümü aşağılanmış sayıram. Və başa düşə bilmirəm ki, bunu edənlər məni yox, özlərini nə sayırlar, nə hesab edirlər. Yəqin ki, bu sualın cavabı hər kəsin öz ölçüsüylə bəllidir. Mən kimisə mənim kimi düşünməyə məcbur edə bilmərəm. Lakin deməyə borcluyam ki, bilməyənlər də bilsinlər, bir adamın ədaləti etalon deyil. Və...

Hər dəfə yuxarıda yazdığım və içində olduğum ovqatın sərt küləyi əsəndə, məni silkələyəndə bir kənara çəkilmək, aralanıb uzaqlaşmaq hissi gəlib keçir içimdən. Elə bilirəm ki, uzaqlaşmaq, kənar dayanmaq nəyisə dəyişəcək. Amma görürəm yox! Hər dəfə uzaqlaşdıqca o basqılar bir az da artır, bir az da adamın üstünə gəlir. Onda gücümü toparlayıb Allahımı və səni düşünə-düşünə sərt fikirlərimi kağıza köçürürəm. Bu bir növü özünə təsəlli, özünü ovutmaq kimi bir şeydi. Amma müvəqqətidi. Çünki problem qalır. Deməli, hələ günahı, günahkarı ortaya çıxarmaq, ona kimliyini göstərmək nə mümkün olmayıb, nə də cəhd edilməyib. Deməli, günahın bir ucu da mənim çiynimdədi. Susqunluğumun, reaksiya verməməyimin cavabıdı bu. Elə həmin cavabdan da çıxış edərək bu günlərdə yazdığım misraları xatırlayıram. Yazmışam ki:


Susqunluğum bu anda

Öz-özümə nidadı...

Həyatla aranızda –

Kövrək bir əlvidadı...


And verdim sənə pir, gə

Qalmadı daha sirr, gə...

Məni zamanla birgə -

Zərif bir əl budadı...


Gecə, gündüz bilmədən

Ahım oldu zil, nədən?

Ömrüm keçən ilmədən –

Uzanan əl butadı...


Arı uçan pətəkdən

Gəzdim ümid və təkdən...

Bir əl tutub ətəkdən –

O biri əl vidadı!..

***

İnsan yaşayırsa, işləyirsə, ümumiyyətlə, cəmiyyətdədirsə, onun kənara çəkilməsi, özünü laqeyd göstərməsi mümkün deyil. Lap mümkün olsa da, doğru deyil. Deməli, gözünün önündə baş verəni görməmək, guya pəncərədən bayıra baxmaq prinsipi bu, insanın ən qüsurlu cəhətidir. Çünki Allah insanı insana dost, doğma, həmcins yaradıb. Deməli, bu varlıq bir-birinə dayaq durmalı, bir-birinə dəstək olmalıdır ki, önə çıxa bilsin, qurub-yarada bilsin. Ən azından İNSAN ola bilsin. Təəssüflər ki, bu məqamda da hamının həmin o böyük hərflərlə yazdığım insan olmasına inana bilmirəm, şübhə içimdə at oynadır. Nə yazıqlar ki, bu cür atların cilovu olmur. Bəlkə də belə daha yaxşıdır. Axı rusların bir təzə sözü var. Rus dədələri deyib ki, "inan, amma yoxla”, yəni nəzarəti üstündən əskiltmə. Bizdə isə bəzən inam elə bir həddə gəlib çatır ki, əyləşdiyimiz çətiri altımızdan götürürlər xəbərimiz olmur. Güvəndiyimiz kürəyimizə xəncəri saplayıb, ancaq ağrıyanda, qan axnada nə baş verdiyini anlayıqır. Və beləcə, yaşayırıq – ümidsiz və şikəst biri kimi...

Bəli, həyatın bütün problemlərinin üzərimizə basqı etdiyi bir zamanda bu qədər mövzunun qatlarına enməyim, onu sağa, sola çəkməyim heç də təsadüfi deyil. Söhbət ondan gedir ki, əlini sıxdığım əlimi biləkdən qoparır. Bu itki də adama təbii ki, çox ağır zərbə olur. Və mən də həyatım boyu zərbələrin dadını, tamını bildiyimdən, onu təkrar-təkrar yaşamaqdan artıq yorulmuşam. Ona görə də daha sarı simdə yox, elə birbaşa bəlli notlarda fikirlərimi ifadə edirəm . Hətta həzin bir şeir üstündə demək istəyirəm ki:


Bitdi qəm ortaqlığı

Nəğmə yarıda qaldı...

Ləçəklər örtülmədi –

Günah arıda qaldı...


Kömək ol! – Tanrım deyə

Əlimi açdım göyə...

Anlamadım ki, niyə -

Duam Tanrıda qaldı!


Dərdi ha soyalar da

Böyüyüb bor alar da!

Qarışan boyalarda –

Diqqət sarıda qaldı.


Əbülfət, yox olsam da

Söz-sözə toxusam da...

Nə qədər oxusam da –

Ümid darıda qaldı.

***

Mən bu yazını bilgisayara diqtə edəndə demək olar ki, nəfəs dərmədim. Heç Gülər xanım da gözaltı dönüb mənə baxmadı. Arada yazının ovqatına "papaq” atan Şamxal da susmuşdu. Bütün bunların bir səbəbi var idi, o da günün ovqatıydı. Hamı eyni havaya köklənmişdi. Və bu hava da oynamaq üçün deyildi. Bu hava ürəyi ağrıtmaq, əsəbi tarıma çəkmək, ən azından adamları deyinməyə məcbur etmək üçün idi. Təbii ki, hava da, onun sifarişçisi də məlumdu. Sadəcə, məlum olmayan odur ki, bu havanın sifarişçiləri görəsən Allahdan böyük kimlə müqavilə imzalayıblar? Və o böyük doğrudanmı onların çiyninə sağ əlini qoyubdu?

Hə, biz öz kimliyimizi bilə-bilə özgələrin kimliyini önə çəkirik. Bu isə bir maskaraddı. Çünki bizim kimliyimizi də özgələr bilir. Deməli, məntiqə görə, yanlış havaya oynayırıq. Rəhmətlik Məmməd Araz demişkən, "bu oyunda kim uduzdu, kim uddu” sualı sonda ağır zərbəyə çevrilə bilər. Bax, o zərbədən yayınmaq, ona tuş gəlməmək üçün olduğumuz kimi olmaq daha doğru qərardı. Və mən də həmin məntiqə söykənib yazıram ki, kimsə öz iddiasını hamıya hakim etməsin, hamıya həzm etdirməyə çalışmasın. Çünki ən böyük qalib həmişə sonda gülənlər olub. Bu məmləkətin və eləcə də bizim hamımızın durumu kaş ki, sonda gülənlərin nəsibi kimi olsun. Əks halda...

Bəli, bir söz adamı olaraq bu yazını səfər öncəsi, yəni sizinlə görüşə bilməyəcəyim zaman kəsiyi üçün yazmaqda məqsədim gizli deyil. İstəyirəm ki, bu zaman kəsiyində mən də təkrar-təkrar düşünüm. Düşünüm ki, yazmağa dəyərmi, yazmaq lazımdımı? Və siz də düşünəsiniz ki, bu yazılanları oxumağa dəyərmi? Əgər gəlib çıxacağımız qərar ümidli, işıqlı olsa, inşallah, onda yenə bu yazılarla, daha doğrusu, xoş ovqatlı duyğusal yazılarla ekran qarşısında, qəzet səhifələrində görüşərik. Olmasa, günah hər kəsin öz boynuna. Mən öz günah payımı təbii ki, bilirəm. Sizdə isə günah görmürəm. O ixtiyar sizin öz əlinizdədi. Sizə günahsız günlər arzusuyla, "hələlik!” – deyirəm.


Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2020-11-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
November: 21, 19, 17, 14, 12, 11, 07 05, 03,
October: 31,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

«McDonalds»ı boykot etmisinizmi?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Təyyarə qəzaya  uğrayır, səbəb də Paşinyan olur. Deməli, Erkin Qədirli, Paşinyan  və Saakaşvili sağ qalıb bir kimsəsiz adaya düşürlər.  Ac-susuz, Erkin hər  aclığı tutanda Paşinyanı  salır  təpiyinin  altına, Saakaşvili birtəhər tutub Paşinyanı  Erkinin  əlindən alır. Day döyülməkdən  Paşinyanın  üz-gözü qalmayıb, qaçıb  gizlənməyə yer də yoxdu. Deyirlər  balıq tutaq  heç olmasa. Dənizin  kənarında oturub balıq tuturlar.

Əllərinə bir qızıl balıq  düşür. Qızıl balıq yalvarır ki, məni buraxın, hərənizin bir  arzusunu  yerinə yetirim.

Saakaşvili deyir:

- Məni at Tiflisə. Çoxdandı ev  çaxırı içmirəm, çexoxbili yemirəm.

Balıq Saakaşvilini atır Tiflisə.

Paşinyan deyir:

 Balıq qardaş, məni də at Tiflisə, Saakaşvilinin  yanına, yoxsa bu türk  məni  minəcək.

Balıq onu da atır  Tiflisə.

Erkin Qədirli deyir:

- Sən  belə elə də, bir qəşəng süfrə aç – xaş, sirkə-sarımsaq , üstünə nar  sıxılmış soğan, bir də tut arağı, o oğraş Paşinyanı da qaytar geri.

ARXİV

TƏQVİM

FACEBOOK